AZƏRBAYCAN YIĞMASININ BAŞ MƏŞQÇİSİ TEHRANDA İTTİHAMLAR SƏSLƏNDİRİB: «DOST ÖLKƏMİZLƏ BELƏ DAVRANMAĞINIZI GÖZLƏMİRDİM»
2008-08-28, 19:34:00
Berti Foqts
Azərbaycan milli futbol komandasının baş məşqçisi Berti Foqts Tehranın «Azadi» stadionunda İran yığması ilə dünən keçirilən yoldaşlıq matçından sonra bəzi gileyləri dilə gətirib.
O, iranlıları qonaqpərvərlik göstərməməkdə günahlandırıb. «Media forum» saytının məlumatına görə, B.Foqts deyib: «Biz yoldaşlıq görüşü üçün öz dostlarımızın yanına gəldik. Lakin mən iranlılardan gözlədiyim qonaqpərvərliyi görmədim. Bir şəxs öz dostunu qonaq çağırırsa, ona əməlli-başlı qulluq etməlidir. Mən iranlılarda bunu görmədim».
Alman baş məşqçi iradını konkretləşdirib: «Biz İrana daxil olanda saat yarım aeroportda avara qaldıq, bizi heç kim qarşılamamışdı. İran Futbol Federasiyası bizi qarşılamağa və yerbəyer etməyə heç kimi göndərməmişdi. Qaldığımız otel də əvvəlcə bizi qəbul etmək istəmirdi. Mən İranda bizimlə belə rəftarı gözləmirdim. Fikirləşirdim ki, bizimlə dost kimi davranacaqlar. Qonşu və dost ölkəmizlə belə davranmağınızı gözləmirdim. Bundan sonra qonaq çağıranda ona yaxşı qulluq göstərməyinizi xahiş edirəm».
«Media forum
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder