azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

28 Ağustos 2008 Perşembe

BEYNƏLXALQ ƏFV TƏŞKILATI ABBAS LISANIN MÜDAFIƏSI ÜÇÜN BEYNƏLXALQ KOMPANIYAYA BAŞLAYIB

BEYNƏLXALQ ƏFV TƏŞKILATI ABBAS LISANIN MÜDAFIƏSI ÜÇÜN BEYNƏLXALQ KOMPANIYAYA BAŞLAYIB



DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Beynəlxalq Əfv Təşkilatı Güney Azərbaycan türklərinin milli haqları uğrunda mübarizə apardığına görə həbs olunmuş Abbas Lisani barəsində təcili kompaniyaya başladıb.

Təşkilatın yaydığı məlumatda bildirilir ki, milli fəal 2006-cı ilin mayında İran qəzetində Güney Azərbaycan türklərini təhqir edən karikaturanın yayılmasından sonra Ərdəbil şəhərində düzənlənmiş etiraz aksiyasında iştirak etdiyinə görə həbs edilərək ağır işgəncələrə məruz qoyulmuşdur. Həmin ilin oktyabrında inqilab məhkəməsi tərəfindən 18 ay həbs və 50 zərbə şallaq cəzasına məhkum edilib. Cəzasını Ərdəbildən 110 km məsafədə yerləşən Əhər şəhərindəki həbsxanada çəkməsi qərara alınıb. Abbas Lisaniyə qarşı həbsxana məmurları şallaq cəzasını yerinə yetirməkdən boyun qaçırıblar.

Nəticədə tanınmış Azərbaycan milli hərəkat fəalı Abbas Lisani yaşadığı şəhərdən 2000 km aralıqda yerləşən, çox pis şəraitdə olan və cani məhbuslarla dolu olan Yəzd həbsxanasına köçürülüb. Bundan əlavə Abbas Lisani 2003-ci ildə Babək qalasına yürüşə qatıldığına görə həbs edilib, ağır işgəncələrə məruz qoyulub və müvəqqəti azadlığa buraxılmışdır. 2006-cı ilin avqustunda həmin ittihamla bir il həbs cəzasına məhkum edilib. Yəzd həbsxanasına köçürülməsinə və haqlarının pozulmasına etiraz əlaməti olaraq aclıq aksiyasına başlayan tanınmış hərəkatçı Yəzd həbsxanasına köçürülməsinin səbəbini şallaq cəzasını icra etmək və ailəsinə təzyiq kimi qiymətləndirib. Yaxın çevrəsi və ailəsilə əlaqələrin əngəllənməsi məqsədilə onu Yəzd həbsxanasına köçürüldüyünü əlavə edib. Abbas Lisani 2008-ci ilin fevralın 14-də telefon danışığı zamanı ona qarşı ağır işgəncə verildiyini bildirərkən telefon bağlantısı kəsilib.

Onun həyat yoldaşı Rüqəyya xanıma dəfələrlə təhdid və təzyiqlər İran Təhlükəsizlik məmurları tərəfindən olduğu bildirilir. Abbas Lisanin ailəsinin iqtisadi vəziyyətinin çətinləşdirmək üçün ona məxsus olan Ərdəbildəki mağazası rejim tərəfindən bağladılıb.

Sonda Beynəlxalq Əfv Təşkilatı dünya ictimaiyyətinə müraciət edərək Abbas Lisanini və Güney Azərbaycanın milli haqları uğrunda fəaliyyətlərinə görə həbs olunan milli fəalların insani haqlarını müdafiəsi üçün bu kompaniyanı mütəşəkkil aparmaq üçün məlumatları ingilis, fars, ərəb, fransız və digər dillərə tərcümə edilməsini İranın və beynəlxalq səlahiyyətli şəxslərin ünvanlarına göndərilməsini xahiş edir. dak

Hiç yorum yok: