azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

27 Ağustos 2008 Çarşamba

TEHRAN, «AZADİ» STADİONU, SAAT 19.30: AZƏRBAYCAN YIĞMASI ƏLİ DAYININ KOMANDASINA QARŞI

TEHRAN, «AZADİ» STADİONU, SAAT 19.30: AZƏRBAYCAN YIĞMASI ƏLİ DAYININ KOMANDASINA QARŞI




Bu gün(27 avqust) Azərbaycanın milli futbol komandası Tehranın «Azadi» stadionunda İran yığması ilə hazırlıq (yoldaşlıq) matçı oynayır. Görüş Bakı vaxtıyla saat 19.30-da başlayacaq.


«Futbol dünyası» qəzetinin yazdığına görə, Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts İslandiya millisi ilə ötən həftə keçirilmiş oyundan (1:1) sonra heyətdə bəzi dəyişikliklər edib. Aleksandr Çertoqanov zədəli olduğundan heyətdən çıxarılıb. Polşanın «Poloniya» klubundan Saşa Yunisoğlu və Serbiyanın «Srvena Zvezda» komandasından Branimir Subaşiç avqustun 27-si FİFA-nın beynəlxalq yoldaşlıq görüşləri üçün ayırdığı vaxt olmadığından yığmaya buraxılmayıblar. Yığmanın düşərgəsinə «İnter»dən Vladimir Levin dəvət edilib.


Rəqibə gəlincə, Azərbaycan türkü Əli Daeinin (Əli Dayının) komandasını sentyabrın 6-da dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Səudiyyə Ərəbistanı ilə çətin oyun gözləyir. Məhz bu səbəbdən İranda Azərbaycanla oyuna ciddi yanaşırlar. Bu dəfə Mehdi Mahdavakiya yığma komandaya dəvət almasa da, Cavad Nekunam, Andranik Teymuryan, Vahid Haşemian və Qulamrza Rezai kimi əsas oyunçular düşərgədədirlər. Artıq bu oyun üçün satışa çıxarılan biletlərin hamısı satılıb.


Azərbaycan yığmasının heyəti:

qapıçılar - Fərhad Vəliyev, Rauf Mehdiyev, Kamran Ağayev;


müdafiəçilər - Rail Məlikov, Rəşad Sadıqov, Samir Abbasov, Vladimir Levin, Emin Quliyev, Usim Nduka, Mahir Şükürov;


yarımmüdafiəçilər - Elmar Baxşıyev, Cavid Hüseynov, Mahmud Qurbanov, Elvin Məmmədov, Zeynal Zeynalov, Fabio Luis Ramim, Nodar Məmmədov;


hücumçular - Xaqani Məmmədov, Vaqif Cavadov, Leandro Qomeş.


İran yığmasının heyəti:


qapıçılar - Mehdi Rahmati, Vahid Taleblou, Rəhman Əhmədi;


müdafiəçilər - Hadi Aqili, Cəlal Hosseni, Mohsen Benqar, Səttar Zare, Mojtaba Şiri, Muhammed Nosrati, Hüseyn Kabi, Məcid Qulamnejad, Əhməd Alenemeh;


yarımmüdafiəçilər - Ferdun Zandi, Məsud Şojae, Cavad Nekunam, İbrahim Sadiqi, Mojtaba Cabbari, Ehsan Hacisafi, Kianoş Rəhməti, Muhammed Noori, Calal Rafkei, Andranik Teymuryan;


hücumçular - Vahid Haşemian, Qulamrza Rezai, Mehrzad Mədənçi, Milad Meydavudi, Rəsul Xətibi.

«Azadi» stadionu









«Media forum»

Hiç yorum yok: