azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

28 Ağustos 2008 Perşembe

PKK maliyyəçisi Ermənistana keçərkən həbs olundu

PKK maliyyəçisi Ermənistana keçərkən həbs olundu


PKK terror təşkilatının bir milyard dollarlıq maliyyə vəsaitinin dövriyyəsinə nəzarət edən, təşkilatın narkotik maddələr qaçaqmalçılığından silah ticarətinə qədər transmilli mütəşəkkil cinayətkarlıq üzrə müxtəlif fəaliyyət sferalarında təmsil olunan və “PKK-nın Avropa kassası” kimi tanınan Nedim Seven iki ay əvvəl İtaliyadan Ermənistana keçmək istəyərkən həyata keçirilən məxfi əməliyyat nəticəsində həbs olunub.

PKK daxilində “Çukurcalı Behzat” ləqəbi ilə tanınan Nedim Seven yalnız Türkiyədə deyil, Avropa dövlətlərində də xüsusi təhlükəli cinayətkar imicinə malikdir. Avropada təqibdən qurtarmağa çalışaraq təhlükəsiz sığınacaq və fəaliyyət məkanı qismində məhz Ermənistana keçmək istəyən PKK-lı terrorçu Türkiyə və bir sıra Avropa dövlətlərinin xüsusi xidmət orqanlarının beynəlxalq əməkdaşlığı nəticəsində zərərsizləşdirilib.

PKK liderlərindən Suriyalı Fehman Hüseynə yaxınlığı ilə tanınan “Çukurcalı Behzat”ın həbsində təşkilatın digər bir lideri Murat Karayılanın rolunun olduğuna dair məlumatlar da mövcuddur. Hazırda Fransanın hüquq-mühafizə orqanları tərəfindən dindirilən Nedim Sevenin Paris yaxınlığında bir həbsxanada saxlanıldığı bildirilir.

Türkiyə artıq Nedim Sevenin bu ölkəyə təhvil verilməsi üçün rəsmən Fransa hökumətinə müraciət edib. Bu gün səhər Türkiyə hüquq-mühafizə orqanlarının terrorizmə qarşı mübarizə üzrə ekspertlərindən ibarət beş nəfərlik heyət Fransaya gedib. Heyətin artıq Nedim Seveni dindirdiyi bildirilir. Türk tərəfi Fransa ədliyyə orqanlarına PKK haqqında məlumatlara dair dosye də təqdim ediblər. Dosyedə PKK terror təşkilatının Şimali İraqda heroin istehsal edən sexlərinin fəaliyyət göstərdiyi kəndlərin şəkilləri də var. Kəşfiyyat məlumatlarına görə, PKK-nın nəzarəti altında istehsal olunan heroin Şimali İraqdan Van, Hakkari və Şırnaka keçirilir, oradan isə Almaniyanın Frankfurt şəhərinə aparılır. Heroin burada Beynəlxalq Kürd İşverənlər Birliyi adlanan təşkilatın xətti ilə satılır, toplanan pullar isə Suriya və Ermənistandan keçməklə Kandil dağına düşərgə qurmuş PKK terrorçularına çatdırılır. // APA

Hiç yorum yok: