TEHRANA 10 YARALI GƏTİRİLİB. TƏYYARƏ QƏZASINDA ÖLƏNLƏRİN 44-ü İRANLIDIR
Bişkekdən Tehrana uçarkən Qırğızıstan paytaxtında qəzaya uğrayan təyyarədə həlak olanların 44-ü İran vətəndaşıdır. «Media forum» saytının məlumatına görə, İranın Qırğızıstandakı səfirinin canişini Məhəmməd Haşım Qədiriyan belə deyib. Canişin 10 İran vətəndaşının yaralandığını bildirib. Yaralılar Tehran xəstəxanalarına gətirilib.
Bütövlükdə qəzada 68 nəfər həlak olub. Dünən Bişkekin «Manas» hava limanından səmaya qalxan «Boinq-737-200» yerli vaxtla axşam saat 9 radələrində aeroport yaxınlığındakı Cəngi-Cer kəndində yerə düşüb. Qırğızıstan rəsmiləri təyyarədə 83 sərnişin, 6 ekipaj üzvü və hava nəqliyyatı departamentinin 1 nümayəndəsinin olduğunu açıqlayıblar.
«Media forum»
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder