azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

3 Kasım 2008 Pazartesi

BBC bəyanatla çıxış edib

BBC bəyanatla çıxış edib

Azərbaycanın Milli Tele-Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin ölkənin bəzi mətbuat vasitələrinə bildirdiyinə görə, 2008-ci ilin sonuna qədər Azərbaycanda xarici radiostansiyaların yayımı dayandırılacaq.

"Biz bu məsələni birdəfəlik həll etməyə hazırlaşırıq. 2008-ci ilin sonuna qədər xarici radio stansiyaların tezlikləri geri götürüləcək", - deyib N. Məhərrəmli. O, qeyd edib ki, "Azadlıq", "Amerikanın səsi" və BBC kimi stansiyaların proqramlarına dair MTRŞ öz qərarını bu ilin sonuna qədər yekunlaşdırmalıdır.

MTRŞ sədri əlavə edib ki, xarici radiostansiyalar, Avropa ölkələrində olduğu kimi Azərbaycanda da öz verilişlərini peyk, internet və kabel şəbəkəsi vastəsiylə yayımlaya bilərlər.

Eyni zamanda, TURAN agentliyinin xəbər verdiyi kimi, cənab Məhərrəmli, bu agentliyə müsahibəsində deyib ki, yayımın dayandırılması barədə qərar, ola bilsin ki, radiostansiyaların hamısına şamil edilməsin və 1 ya 2 radiostansiyaya müəyyən müddət ərzində yerli radio tezliklərdə yayımı davam etdirmək imkanı veriləcək.

Bununla bağlı BBC bildirir:

"Azərbaycanda BBC radiostansiyasının yayımı 103.3 FM tezliyi, qısa dalğalar və internet vastəsiylə təmin edilir. Bu yaxınlarda BBC verilişlərinin Azərbaycanda yayımı üçün daha 3 FM ötürücüsünün qurulmasıyla bağlı Azərbaycan hökümətiylə danışıqlar aparıb və müvafiq müqavilə imzalayıb.

BBC Azərbaycandakı partnyorlar ilə 15 ildən artıqdır ki yaxşı əlaqələrə malikdir.

Beynəlxalq xəbərlərə tələbatın artdığı bir dövrdə biz Azərbaycanda dinləyiciləri BBC Azərbaycan Xidmətinin etibarlı, qərəzsiz, müstəqil xəbər və informasiyası ilə FM tezliyi keyfiyyəti ilə təmin etməkdə qərarlıyıq.

BBC hadisələrin inkişafını izləməkdə davam edir."

BBC

Hiç yorum yok: