azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

4 Kasım 2008 Salı

TEHRANIN AZƏRBAYCANLI TƏLƏBƏLƏRİ BƏYANAT YAYARAQ İRAN HAKİMİYYƏTİNİ FAŞİST REJİMİ ADLANDIRIB

TEHRANIN AZƏRBAYCANLI TƏLƏBƏLƏRİ BƏYANAT YAYARAQ İRAN HAKİMİYYƏTİNİ FAŞİST REJİMİ ADLANDIRIB


Tehranın Əllamə Təbatəbai Universitetinin azərbaycanlı tələbələri paytaxtın Evin həbsxanasının 209-cu korpusunda saxlanan 4 azərbaycanlı fəalın aclıq aksiyasına başlaması barədə bəyanat yayaraq onları müdafiə edib.

Sentyabrın 10-da Tehranda güneyli fəal Səyyad Məhəmmədiyanın verdiyi iftar qonaqlığında 20-yə yaxın azərbaycanlı fəalla birlikdə tutularaq ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılan «Dilmanc» jurnalının baş redaktoru Əlirza Sərrafi, şair Mehdi Nəimi, «Varlıq» jurnalının yazarı Həsən Raşedi və jurnalist Səid Məhəmmədi (Muğanlı) həbsxanada məruz qaldıqları psixi və fiziki təzyiqlərə etiraz əlaməti olaraq bir həftədən çoxdur aclıq aksiyasına başlayıblar.

«Media forum» saytının məlumatına görə, bəyanatda deyilir: «Uzun illərdir həmvətənlərimizin ardıcıl həbs edilərək işgəncələrə məruz qalması xəbərlərinə öyrəşmişik. Lakin indi bu faşist rejimi işi elə bir yerə çatdırıb ki, bu dörd fəalın həbsindən 50 gün keçməsinə baxmayaraq hökumətin heç bir qurumu onların ağır vəziyyəti ilə bağlı məsuliyyət götürmür və onların həbsinin səbəbi barədə izahat vermir».

Bəyanatda fəalların həbsdə saxlanmasının Azərbaycan xalqının narahatlığına səbəb olduğu vurğulanır: «Bu fəallar qanunsuz həbsə və saxlandıqları qeyri-insani ağır şəraitə etiraz əlaməti olaraq aclığa başlayıblar. Azərbaycanlı tələbələr olaraq milli kimlik uğrunda dinc fəaliyyət aparan fəallara qarşı həyata keçirilən bu kimi terrorçu hərəkətləri məhkum edir, bunun sonrakı xoşagəlməz nəticələri qarşısında məhz mövcud totalitar islam respublikasının məsuliyyət daşıdığını bildiririk. Biz həbsdə saxlanan bütün azərbaycanlı məhbusların dərhal azadlığa buraxılmasını tələb edirik».




«Media forum»

Hiç yorum yok: