azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

3 Kasım 2008 Pazartesi

Rusiya oyun oynayırmı?

Rusiya oyun oynayırmı?
O. ARAS

Alman jurnalisti Mixael Lüdviq "Frankfurter Algemeine Zeitung"a Moskvadan yazdığı yazıda Qarabağ probleminə toxunub və rusların bu məsələyə isti münasibət bəslədiklərini, ermənilərlə danışdıqlarını qələmə alıb. Ruslar həqiqətən məsələyə hansı nöqteyi-nəzərdən yanaşırlar, bilmirəm. Ancaq onu dəqiq bilirəm ki, Azərbaycanın xeyrini düşünmürlər. Çünki düşünsəydilər bu problem çoxdan həll olunardı. Bu bir həqiqətdir ki, ermənilər ağa kimi baxdıqları rusların sözündən əsla çıxmazlar. Bundan əlavə ruslar hər dəfə Qarabağ məsələsindən söz düşəndə dediklərindən dönmürlər. Belə bir mövqeyə sahib olan problemin əsas yaradıcısına necə güvənmək olar ki? Amma məsələyə başqa bir mövqedən yanaşanda qədim bir xalq sözü ilə desək, bəlkə də ruslar imana gəliblər. Çünki Amerika Gürcüstan problemindən sonra Ukrayna və digər keçmiş SSRİ respublikaları ilə yaxın əlaqələr qurmağa çalışır. Rusiya məsələyə bu tərəfdən yanaşa bilər. Zatən, Türkiyə ilə həyata keçirilən bütün görüşlərdə Türkiyə, İran, Rusiya ittifaqı gündəmə gətirilir. Türkiyə ordusunun bir hissəsi və bəzi siyasətçilər də buna yaxın mövqeyə sahibdirlər. Kaş ki, Rusiya müstəmləkə siyasətindən əl çəksəydi və bu xəyal gerçəkləşəydi... Bu, bir-birinə yaxın qonşu ölkələr üçün ən gözəl yol olardı. Amma təəssüf ki, Rusiya hələ köhnə xəyallarından və arzularından vaz keçmiş kimi görünmür. O bunu Gürcüstana etdiyi hücumla bir daha təsdiq etdi. Türkiyənin Ermənistanla yaxınlaşmasına və bəzi görüşlərin keçirilməsinə mən belə bir pəncərədən baxmağa çalışıram. Bəlkə də Türkiyə rusların bölgədə aktivliyinin qarşısını almaq üçün birbaşa Ermənistanla əlaqələr yaratmağa çalışır. Çünki Türkiyə həmişə Ermənistanla münasibətlərini Rusiya vasitəsilə qurub. Bütün bu cəhdlər əgər alman jurnalisti Mixael Lüdviqin dediyi kimi bölgəyə sülh gətirəcəksə və itirilən torpaqlarımız geri qaytarılacaqsa, bu mövqeni dəstəkləməliyik. Yox, bütün bunlar rusların yeni oyunudursa və Azərbaycanın qol-qanadını qıraraq onu küncə sıxışdırmaq planları qurulursa, fərqli bir strategiya hazırlamaq lazımdır. Amerika indi prezident seçkisi və böyük iqtisadi böhran ərəfəsindədir. Özündən başqa gözləri kimisə görmür. Bu da Rusiya üçün bir fürsət deməkdir. Bu fürsəti düzgün dəyərləndirib Ermənistanı yola gətirsə, şübhəsiz ki, Türkiyə və Azərbaycanın dostluğunu qazanacaq. Amma Rusiya kiçik Ermənistanla baş-başa qalmaqla və sadəcə onların torpaqlarına yeni hərbi bazalar yerləşdirməklə kifayətlənsə, gələcəkdə Türkiyəsiz və Azərbaycansız qalacaq, böyük itkilərə uğrayacaq. Rusiyanın böyük dövlət olub-olmadığı, böyük düşünüb-düşünmədiyi çox yaxında ortaya çıxacaq.
Orxan ARAS Almaniyadan yazır oraras@aol.com
525

Hiç yorum yok: