azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

4 Kasım 2008 Salı

«İÇƏRİŞƏHƏR» BU AY İSTİFADAYƏ VERİLƏCƏK. STANSİYANIN PİRAMİDASI GÖRÜNMƏYƏ BAŞLAYIB

«İÇƏRİŞƏHƏR» BU AY İSTİFADAYƏ VERİLƏCƏK. STANSİYANIN PİRAMİDASI GÖRÜNMƏYƏ BAŞLAYIB



«İçərişəhər» stansiyası noyabr ayının axırında istifadəyə veriləcək. Məlumatı «Media forum» saytına Bakı Metropoliten İdarəsinin rəis müavini, Tikilən Metropoliten Müdiriyyətinin rəisi Arif Rəsulov verib.

Onun sözlərinə görə, hazırda aşağı vestibüldə mərmər döşənməsinin 60-70 faizi işi görülüb: «Vestibülün tavanı artıq hazırdır. Stansiyanın girişində piramida artıq görünür. Bu həftə piramidanın quraşdırılmasının metal hissəsi bitir və gələn həftə şüşələrin quraşdırılmasına başlanır».

A.Rəsulov bildirib ki, unikal konstruksiya olduğundan onun quraşdırılmasında tez-tez problemlərlə qarşılaşırlar: «Əsas problem materialların Bakıya çatdırılması ilə bağlı idi, hazırda bütün hissələr işçilərə çatdırılıb».

«İçərişəhər»də təmir-tikinti işləri 2007-ci ilin payızından başlayıb. Bir müddət sonra bununla əlaqədar stansiyanın işi məhdudlaşdırılıb. 2008-ci ilin aprel ayında stansiyaya giriş-çıxış 10 günlüyə dayandırılıb. İyulun 5-dən giriş-çıxış yenə bağlı elan olunub.

Stansiyanın sentyabrın 15-də istifadəyə verilməsi nəzərdə tutulmuşdu. Piramidanın tikilməsi üçün lazım olan dəmir hissələrin Poti limanında qalması «İçərişəhər» metrostansiyasının giriş hissəsinin tikintisini xeyli yubadıb. Yüklərin limandan keçərək gətirilməsinə Gürcüstan-Rusiya münasibətlərinin pozulması səbəb olmuşdu.

Dövlət büdcəsindən stansiyanın yenidən qurulması üçün 8 milyon manat ayrılıb. Tikinti işini İsrailin «Qadiş Deviç İnternəşnl» şirkəti aparır.




«Media forum»

Hiç yorum yok: