azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

4 Kasım 2008 Salı

İmadəddin Nəsimi Suriyada yad ediləcək

İmadəddin Nəsimi Suriyada yad ediləcək

Bu məqsədlə noyabr ayının 10-dan 17-dək Azərbaycan nümayəndə heyəti Suriya Ərəb Respublikasında səfərdə olacaq
Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 640 illik yubileyi ərəfəsində Prezidenti İlham Əliyevin tapşırığı ilə Nəsiminin dəfn olunduğu Suriyanın Hələb şəhərində və paytaxt Dəməşqdə tədbirlər keçiriləcək. Bu məqsədlə noyabr ayının 10-dan 17-dək Azərbaycan nümayəndə heyəti Suriya Ərəb Respublikasında səfərdə olacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan və Suriya alimlərinin iştirakı ilə Nəsiminin yaradıcılığına həsr olunmuş müştərək elmi konfrans keçiriləcək. Elmi konfransda Azərbaycan alimləri akademik Bəkir Nəbiyev, AMEA-nın müxbir üzvü Teymur Kərimli, professor Qəzənfər Paşayev, filologiya elmləri namizədi Səadət Şıxıyeva məruzələrlə çıxış edəcəklər.
Elmi konfransda iştirak etmək və Nəsiminin məqbərəsinin bərpası və yenidən qurulması ilə bağlı təklifləri hazırlamaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, Mədəni irs şöbəsinin sektor müdiri Telman Kərimli, “Mədəni irsin qorunması, tədqiqatı və monitorinq mərkəzi” MMC-nin baş direktoru Rüstəm Muxtarov da Suriyaya ezam ediləcəklər.
Nümayəndə heyətinin Hələb Quberniyasının, Suriyanın Mədəniyyət Nazirliyinin rəhbərliyi ilə, habelə Nəsiminin məqbərəsinin baxıcısı, Nəsiminin ulu kötükcəsi Məhəmməd Nəsimi ilə görüşləri planlaşdırılır.
Nümayəndə heyətinin Suriya Yazıçılar İttifaqında, Milli Ensiklopediyada və Milli Muzeydə də görüşləri olacaq./ANSPRESS/

Hiç yorum yok: