azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

4 Kasım 2008 Salı

Rusiyalı skinhedlər 8 azərbaycanlını qətlə yetiriblər

Rusiyalı skinhedlər 8 azərbaycanlını qətlə yetiriblər


Hüquq müdafiəçiləri 2008-ci ilin acı statistikasını açıqladılar

Bu il Rusiyada ksenofobiya zəminində 100-dən çox adam öldürülüb. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, öldürülənlər arasında ən azı 8 azərbaycanlı da var.

İnsan haqları üzrə Moskva bürosunun direktoru Aleksandr Brod 2008-ci ilin yanvarından oktyabrına qədər ksenofobiya zəminində ən azı 254 hücum faktı qeydə alındığını bildirib: “Nəticədə 113 nəfər öldürülüb, ən azı 340 nəfər xəsarət alıb. Ötən illə müqayisədə ölümlə nəticələnən hücumların xeyli artdığını söyləmək mümkündür. Artıq ölən və yaralananların sayı 2007-ci il səviyyəsindən 1,5 dəfə çoxdur”.

Brod irqi və dini ayrı-seçkilik zəminində daha çox Moskva şəhərində və Moskva vilayətində (48 nəfər öldürülüb, 162 nəfər yaralanıb), Sankt-Peterburq şəhərində və Leninqrad vilayətində (19 nəfər öldürülüb, 36 nəfər yaralanıb) və Sverdlovsk vilayətində (6 nəfər öldürülüb, 8 nəfər yaralanıb) hücumların qeydə alındığını bildirib: “Təkcə oktyabr ayında ksenofobiya zəminində 15 hücum faktı qeydə alınıb. Nəticədə 6 nəfər ölüb, 18 nəfər yaralanıb”.

Hüquq müdafiəçisi qeyd edib ki, 2008-ci ildə daha çox özbəklərə (17 nəfər öldürülüb, 22 nəfər yaralanıb), qırğızlara (10 nəfər öldürülüb, 5 nəfər yaralanıb), taciklərə (9 nəfər öldürülüb, 35 nəfər yaralanıb), ruslara (8 nəfər öldürülüb, 34 nəfər yaralanıb), azərbaycanlılara (8 nəfər öldürülüb, 23 nəfər yaralanıb) və ermənilərə (4 nəfər öldürülüb, 3 nəfər yaralanıb) hücum qeydə alınıb. Brod onu da vurğulayıb ki, Rusiyada 70 min skinhed və müxtəlif radikal təşkilatların aktiv üzvü var.

LENT.AZ

Hiç yorum yok: