azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

4 Kasım 2008 Salı

KEÇMİŞ GÜNEYLİ DEPUTAT PARLAMENTƏ DAXİLİ İŞLƏR NAZİRİ İLƏ YANAŞI PREZİDENTİ DƏ ÇAĞIRMAĞI TƏLƏB EDİR

KEÇMİŞ GÜNEYLİ DEPUTAT PARLAMENTƏ DAXİLİ İŞLƏR NAZİRİ İLƏ YANAŞI PREZİDENTİ DƏ ÇAĞIRMAĞI TƏLƏB EDİR


Əkbər Ələmi


Noyabrın 3-də azərbaycanlı keçmiş deputat Əkbər Ələmi daxili işlər naziri Əli Kürdanın parlamentdə dindirilməsi tələblərinə münasibət açıqlayıb. Şəxsi saytında bu haqda yazı yerləşdirən keçmiş deputat daxili işlər naziri ilə yanaşı onu himayə edən İran prezidenti Mahmud Əhmədinejadın da parlamentdə dindirilməsi tələbini irəli sürüb.

Daxili işlər naziri Ə.Kürdan İran parlamentində bu gün dindiriləcək. Ə.Kürdanı parlamentə saxta doktorluq dərəcəsi qalmaqalına görə çağırıblar. Deputatlar ictimaiyyəti aldadaraq özünü Oksford Universitetinin fəxri doktoru kimi təqdim etmiş nazirin istefası tələbini qoyurlar.

«Media forum» saytının məlumatına görə, Ə.Ələmi beynəlxalq səviyyədə parlamentin və ölkənin imicinə xələl gətirməsinə baxmayaraq daxili işlər nazirini canfəşanlıqla himayəyə alan prezident Mahmud Əhmədinejadı tənqid edib: «Hər hansı fitnə-fəsad və qanunsuzluğa qarşı mübarizə apardığını car çəkən prezident Kürdana dəstək verməkdə israr edir. O hətta bu dindirilmənin qanunsuz olduğunu deyir. Həqiqət bundan ibarətdir ki, Əhmədinejad yalnız 100 faiz ona tabe olan və onun itaətində olan şəxsləri işə cəlb edir və belə bir seçim sisteminə rəvac verir».

Ə.Ələmi Əhmədinejadın başında durduğu icraedici hakimiyyəti tənəzzülə uğratdığını da vurğulayıb: «Əhmədinejad hədsiz eqoistliyi ilə başında durduğu icraedici hakimiyyətin tənəzzülə uğramasına səbəb olub. Onun bu hərəkəti parlament və xalq deputatlarının imicinə də xələl gətirib. Əgər mən indi deputat olsaydım, daxili işlərlə yanaşı onu himayə edən ölkə prezidentini də dindirmək üçün parlamentə çağırardım».

Bir müddət bundan əvvəl 2009-cu ilin yayında keçiriləcək prezident seçkisində iştirak edəcəyini açıqlamış Ə.Ələmi siyasətə 1979-cu il islam inqilabından əvvəl qoşulub. İnqilabdan sonra İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») Tehran bölməsində mədəniyyət və siyasət işləri üzrə məsul olub. Tehran aeroportunun mühafizə xidmətinə başçılıq edib. Daxili İşlər Nazirliyində bir neçə idarədə rəis müavini olub. İki dəfə İran parlamentinin deputatı seçilib.




«Media forum»

Hiç yorum yok: