azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

25 Mayıs 2009 Pazartesi

İran adlanan yerin orta-mənzilli raket sınağı ABŞ Konqresində reaksiyaya səbəb olub

İran adlanan yerin bu yaxınlarda sınaqdan keçirdiyi raket İsrailə və Cənub-şərqi Avropaya çatmaq qabiliyyətinə malikdir. İran prezidenti Mahmud Əhmədinejad sınağın uğurlu keçdiyini bildirib.

Bu sınağı amerikalı rəsmilər də təsdiq edib. ABŞ müdafiə naziri Robert Geyts: ‘Raket təxminən 2000-2500 kilometr məsafəni vurmaq qabiliyyətinə malidir. Fikrimizcə mühərikdə yaşanan bəzi problemlər səbəbində azı sınağın hazırkı mərhələsində raketin hədəfə çatma qabiliyəti bir qədər az olub.’

Raket İsrailə, Cənub-Şərqi Avropaya və ABŞ-ın yaxın Şərqdəki bazalarına çata bilər. Ötən həftə Vaşinqtonda Birləşmiş Ştatlar prezidenti Barak Obama və İsrail baş naziri Benyamin Natanyahu nüvə ilə silahlanmış İrandan gələ biləcək təhlükələri müzakirə edib.

ABŞ Prezidenti deyib ki, ‘Mən inanıram ki, nüvə silahı əldə etmək İranın marağında deyil. Çünki bu, Yaxın Şərqdə nüvə silahları mübarizəsinə yol aça və regionda tam bir qeyri-stabilliyə gətirib çıxara bilər.’

İran bildirir ki, nüvə proqramı dinc mahiyyət daşıyır. Ancaq ekspertlər narahatdır ki, bu raket nüvə başlığı da daşıya bilər

İran daha əvvəl – keçən ilin noyabr ayında Sejil yer-yer raketini sınaqdan keçirmişdi. ABŞ İranı bu sınaqla BMT Təhlükəsizlik Şurasının Qətnaməsini pozmaqda ittiham edib.

ABŞ dövlət katibi Hillari Klinton bu yaxınlarda Senatın komitəsi qarşısındakı çıxışında deyib ki, Biz yenidən aktiv şəkildə bu hadisələri izləyir və İrana nümayiş etdirmək istəyirik ki, nüvə silahları onlar təhlükəsiz deyil, daha təhlükəli edəcək.

Obama administrasiyası deyir ki, son sınaq onları narahat edir, ancaq onlar Tehranı diplomatiya yoluna cəlb etmək istəyir. Buna baxmayaraq, administrasiyanın bildirdiyinə görə, ilin sonuna qədər inkişaf əldə edilməsə İrana daha ağır sanksiyalar tətbiq oluna bilər.voa

Hiç yorum yok: