azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

25 Mayıs 2009 Pazartesi

İSLAM KONFRANSI TƏŞKİLATI ERMƏNİSTANIN AZƏRBAYCANA TƏCAVÜZÜNÜ PİSLƏYƏN ÜÇ QƏTNAMƏ QƏBUL EDİB

İslam Konfransı Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin Suriyanın paytaxtı Dəməşqdə keçirilən 36-cı konfransında Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair üç qətnamə qəbul olunub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən «Media forum» saytına verilən məlumata görə, mayın 23-dən 25-dək keçirilən konfransın gündəliyində İKT ölkələrinin maraqlarını ifadə edən 80 məsələ, o cümlədən erməni təcavüzünə dair qətnamələr daxil edilib və qəbul olunub.

Qətnamələrdən biri Ermənistanın Azərbaycana qarşı təcavüzü, biri təcavüzlə əlaqədar Azərbaycana iqtisadi yardımın göstərilməsi, digəri ermənilərin işğal etdiyi ərazilərdə islam mədəni və tarixi abidələrinin məhvi haqqındadır.

Konfransda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Konfransın açılış mərasimində Suriya prezidenti Bəşər Əsəd iştirak edib.

Plenar iclasda E.Məmmədyarov erməni təcavüzü və onun nəticələri ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb.

Konfransda hesabatla çıxış edən İKT baş katibi Ekmələddin İhsanoğlu Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İKT-nin birmənalı mövqeyini aşıqlayıb, təcavüzü qətiyyətlə pislədiyini, erməni işğalçılarının dərhal və qeyd-şərtsiz bütün işğal olunmuş Azərbaycan torpaqlarından çıxmasının tələb olunduğunu vurğulayıb.
«Media forum»

Hiç yorum yok: