azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

25 Mayıs 2009 Pazartesi

PENTAQON İRANA QARŞI MÜHARİBƏ PLANINI TƏZƏLƏYİB

Amerika əsgərləri isə hələlik Bəhreyndə ərəb rəqslərinə tamaşa edir

ABŞ-ın Müdafiə Nazirliyi prezident Barak Obamanın tapşırığı ilə İrana qarşı mümkün hərbi əməliyyatlar planını yeniləyib. Bu barədə müdafiə naziri Robert Geyts bildirib. NBC telekanalında çıxışı zamanı Pentaqon rəhbəri deyib ki, ABŞ İrana qarşı hərbi əməliyyatlar variantını heç vaxt istisna etməyib. Lakin ABŞ bu mövqedədir ki, güc tətbiqi diplomatik vasitələrin nəticə verməyəcəyi halda mümkün ola bilər.
“Prezident müntəzəm olaraq İrana qarşı hərbi planların yenilənməsi haqda tapşırıq verir. Mən səlahiyyətli şəxs kimi deyə bilərəm ki, prezidentlə bizim dialoqumuz nəticəsində bu cür planlar yenilənib və bütün kartlar hazırda masa üzərindədir”- deyə R.Geyts bildirib.
Obama İranla dialoqun tərəfdarıdır və səlahiyyətlərinin icrasına başlayandan sonra Tehrana qarşı sərt mesajlar verməkdən çəkinib. ABŞ prezidenti İranla dialoqun bütün formalarından, o cümlədən prezident Mahmud Əhmədinejadla üzbəüz görüşlərdən də istifadə edilməsinə tərəfdardır. Bununla belə Obama ABŞ-ın əvvəlki prezidenti kimi İrana qarşı güc variantını istisna etmir. Bu günlərdə Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı Obama deyib ki, ABŞ-ın İrana qarşı səbri hüdudsuz deyil və onlar diplomatik vasitələrin nəticə verməsini gözləyir. Əks halda ABŞ prezidenti ən azı İrana qarşı sanksiyaları sərtləşdirəcəyini bildirib.
Hazırda İran körfəzinin beynəlxalq sularında Amerikanın iki təyyarədaşıyan gəmisi növbə çəkir. Onlardan biri “Nimitz” ilk dəfə Yaxın Şərq limanlarından birinə yan alıb. Amerika mənbələrinin məlumatına görə, təyyarədaşıyan Bəhreyn limanında lövbər salıb və onun göyərtəsindəki minlərlə əsgər sahilə çıxıb. Bu, son 61 ildə baş verən ilk belə hadisədir. Bildirilir ki, Amerika təyyarədaşıyanında xidmət edən əsgərlərə bir neçə gün istirahət etmək, o cümlədən gecə klublarına getmək və ərəb rəqslərinə tamaşa etmək icazəsi verilib. Ekspertlərə görə, bu körfəzdəki Amerika qüvvələrində hazırlıq səviyyəsinin aşağı salınmasını göstərir. İran ətrafında gərginliyin davam etdiyi vaxtlarda körfəzdəki Amerika qüvvələrinə döyüş hazırlığı əmri verilmişdi.
F.Məmmədov
musavat

Hiç yorum yok: