azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

30 Mayıs 2009 Cumartesi

Prezident seçkiləri Əhmədinejad üçün çətin sınaqdır

The New York Times: "İslahatçı Musəvinin əsas hədəfi seçkilərdə təkcə Güney Azərbaycanda yaşayan 15 milyonluq türk elektoratının dəstəyini qazanmaqdır"
Mayın 25-də İran prezidentliyinə namizəd Mirhüseyn Musəvini Təbrizdə kimiləri gül-çiçəklə, kimiləri isə etiraz aksiyasıyla qarşılayıb. Təbriz stadionunda toplaşan fəallar prezidentliyə namizəddən həm türk dilində mədrəsə, yəni ana dilində təhsil istəyiblər, həm də Xatəminin azərbaycanlılar barədə etdiyi zarafata görə üzr istəməsini tələb ediblər. Elə Təbriz stadionunda qaldırılan şüarlarda da türk dilinin rəsmi dil elan olunması barədə tələblər, Xatəminin əleyhinə ifadələr yer alır. Təbriz stadionundakı aksiyanın iştirakçısı Ramin Xaceyi deyib ki, Təbriz azərbaycanlıları Musəvinin qarşısında şüarlar səsləndirdilər və Xatəmi azərbaycanlıları təhqir etdiyi üçün Musəvi bir qisim sözlər eşitdi.

Turqut

Sonda da "Ettelaat" əməkdaşları bizim uşaqları döydülər. Bilmirik neçə nəfər itkin düşüb, xəsarət alıb. Sayını itirmişik". Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü Yaşar Həkkakpurun sözlərinə görə, mayın 20-dən İranın müxtəlif şəhərlərində keçirilən aksiyalarda həbs olunanların kimliyini müəyyənləşdirmək çətindir. Hələlik 15 nəfərin adları dəqiqləşdirilib. Amma onların sayı daha artıqdır. Bundan əlavə, aksiyalarda hazırlıqda şübhəli bilinən fəallar da həbs olunur. Təbrizin məşhur fəallarından biri Çingiz Bəxtavər isə stadiondakı aksiya zamanı tutulanlara zor tətbiq olunduğunu bildirib. Onun qardaşı Cahanbəxş Bəxtavər və qardaşı oğlu Nadir Bəxtavər də həbs olunanlar arasındadır: "Milli fəallar mədəni şəkildə öz konstitusion hüquqlarını tələb edirdilər. Onları zorla, qəddarlıqla vura-vura apardılar". Onun sözlərinə görə, azərbaycanlılar milli-mədəni haqları uğrunda sivil mübarizə aparırlar və bu haqları da İranın həm islahatçı, həm də mühafizəkar hökumətləri tapdayıb: "İranda insan haqları, insanların milli-mədəni hüquqları 30 ildir ki, daha şiddətli şəkildə pozulur. Bu hüquqlara boykot qoyulub. Hakimiyyətə gələn hər yeni qüvvə də bu boykotu davam etdirir. Bizim bir sıra tələblərimiz var ki, onları toplaşaraq elan etmişik. Türk dilinin rəsmi dil olmasını, ana dilində təhsil haqqının təmin olunmasını, yerli idarəetməyə mərkəzdən təyinatlara son qoyulmasını tələb edirik. Çünki mərkəzi hökumətin təyin etdiyi adamlar millətin yox, mərkəzi hökumətin xeyrinə işləyir".
Mahmud Əhmədinejadın vaxtaşırı dünyanı idarə etməyin zərurəti barədə çıxışlarına toxunan Mirhüseyn Musəvi deyib: "Dünyanı elm və təfəkkürlə idarə etmək olar. Bir də hər şeydən əvvəl öz ölkəmizdəki problemləri aradan qaldırmağa çalışmalıyıq". Qeyd edək ki, soydaşlarımız Musəvini Urmiyada "bozqurd" işarələrilə qarşılayıblar. Eyni zamanda prezidentliyə namizəd Güney Azərbaycanın Soyuqbulaq şəhərində də olub, Qaşqay türklərilə də görüşüb. Prezidentliyə namizədin seçkilərə bir neçə həftə qalmış böyük izdiham önündə çıxış etməsi dünya mətbuatının diqqətini çəkib. ABŞ qəzetləri bu çıxışı hazırkı prezident Əhmədinejad üçün başağrısı kimi təqdim edirlər. "The New York Times" yazır ki, onun nitqini izləyənlərin sayı 30 min civarında olub. Jurnalist Nazila Fathi Təbrizdən göndərdiyi məqalədə Mirhüseyn Müsəvinin çıxışını izləməyə gələn tərəfdarlarını Əhmədinejadın ənənəvi elektoratıyla müqayisə edir və yazır ki, onları bura gətirən səbəb nə pul, nə havayı yemək, nə də məcburi sifariş olub. Yerli hökumətin qadağalarına və hətta internetdə tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, mitinqdən xəbər tutanların çoxu bura öz şəxsi avtomobiliylə gəlib. Tərəfdarları əslən Güney Azərbaycanın kiçik şəhərlərindən biri olan Xamnədə doğulmuş Müsəviyə bəslədikləri rəğbətlərini "Azərbaycan evim, Musəvi həyatımdır" şüarıyla izhar ediblər. "The New York Times" yazır ki, Musəvinin Təbrizdəki çıxışı onun namizəd qismində Azərbaycan ikigünlük turnesinin ilk hissəsi olub: "İslahatçı namizədin əsas hədəfi isə iyunun 12-də keçiriləcək seçkilər ərəfəsində Güney Azərbaycanın təkcə öz ərazisində yaşayan 15 milyonluq Türk elektoratının dəstəyini qazanmaqdır. "The New York Times"ın yazdığına görə, Musəvi müxtəlif bölgələrin etnik dillərinin məktəblərdə öyrədilməsinə imkan verən konstitusiya maddəsini tətbiq edəcəyini bildirib ki, hazırkı prezident Əhmədinəjad bunu etməyib. Qəzet daha sonra yazır ki, əslində Musəvi gələn ay keçiriləcək seçkilərdə ölkəyə rəhbərlik uğrunda mübarizə aparan 3 yeni namizəd arasında Əhmədinejada ciddi rəqib hesab olunur. Digər namizədlər isə islahatçı Mehdi Kərrubi və "Sepah"ın sabiq lideri Möhsün Rezayidir. Bununla yanaşı, qəzet yazır ki, Əhmədinejadın hələ də Türk ərazilərində, xüsusilə yoxsul kəndlərdə ciddi dəstəyi var. "The New York Times" bunun səbəblərini iqtisadi amillərdə görür. Məsələn, Təbrizdən 75 yaşlı Həsən Nazari qəzetə danışıb ki, o, qarşıdakı seçkilərdə təkrarən Əhmədinejada səs verəcək, çünki son 5 ildə onun təqaüdü artıb. Ancaq "The New York Times"dən fəqli olaraq, "The Washington Post" qəzeti iqtisadi amilləri İranın hazırkı prezidenti üçün çətin sınaq sayır. Müəllif Əli Əkbər Dareyni məqaləsində yazır ki, islahatçı namizədlər hazırkı prezidentin iqtisadi kursunu ciddi tənqid edirlər. Bu isə ölkədə inflyasiyanın 25 faizə yüksəlməsi və işzislik səviyyəsinin artmasıyla əlaqədardır. Qəzet Mirhüseyn Musəvinin Təbrizdəki çıxışı zamanı ölkə iqtisadiyyatı barədə dediklərindən sitat gətirir. Musəvi deyib ki, İran zəngin ölkə olsa da, ölkəni bu hala salan xalqın taleyi yox, hazırkı hakimiyyətdir. O söyləyib ki, Əhmədinejadın güzəştsiz ritorikası və nüvə proqramı ətrafında dünyaya meydan oxuması 70 milyon insanı beynəlxaq iqtisadi təcridə salıb. Düzdür, ötən il neftin bahalaşması nəticəsində İran enerji satışından rekord gəlirlər əldə edib, ancaq iranlılar pis yaşayış tərzlərindən gileylidirlər. Prezidentin islahatçı rəqibləri isə Əhmədinejadın başının daha çox ABŞ və İsraillə qarşıdurmaya qarışdığını və diqqəti daxilə yönətməyə, iqtisadiyyatı bərkitməyə vaxtı olmadığını deyirlər. Musəvi deyib ki, son 4 ildə İranda daxili istehsal aşağı düşüb, insanlar daha da yoxsullaşıb və bu vəziyyət dəyişməlidir. Musəvi habelə xatırladıb ki, onun hökumət başçısı olduğu 1980-88-ci illərdə İran hətta İraqla müharibə apardığı dövrlərdə belə 25 faiz inflyasiya ilə üzləşməmişdi.
Mayın 28-də Urmiya Universitetinə çıxış etmək üçün gələn Mirhüseyn Musəvi azərbaycanlı tələbələrin kəskin etirazlarıyla qarşılaşıb. O, zala girər-girməz şüarlar səsləndirilib. Çıxışına fars dilində başlayan Musəvi azərbaycanlıların "Türk, Türk" istəyinə isə belə cavab verib: "Burası İrandır, bu bölgədə çoxlu qövm və məzhəblər yaşayır". Fars dilində danışığına davam edən prezidentliyə namizədə tələbələrin "Xatəminin xəyanətinə münasibətiniz necədir?" sualına "cavab vermək istəmirəm" deyib. Bu da soydaşlarımızn etirazına səbəb olub və bir anda zal "Ölüm olsun satqına!" şüarıyla titrəyib. Son zamanlarda Xatəminin Azərbaycan türklərinə həqarət etməsindən yararlanmaq istəyən mühafizəkarlar da öz layiqli cavablarını alıblar. Soydaşlarımız "Nə sağçıyıq, nə solçu, millətçiyik millətçi!" deyiblər. Bu arada İranın sabiq prezidenti Məhəmməd Xatəmi barəsində yayılmış videogörüntünü təkzib edib.

Hiç yorum yok: