azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

5 Eylül 2008 Cuma

Gürcüsan-NATO münasibətlərində növbəti addım

Gürcüsan-NATO münasibətlərində növbəti addım


"Mobil RLS-lər, zenit-raket kompleksləri yaxın zamanlarda Gürcüstan ərazisində yerləşdiriləcək"
NATO Gürcüstanı özünün hava nəzarəti sisteminə qoşub. Ötən həftədən Gürcüstanla NATO-nun hava nəzarəti sistemləri birləşdirilib. Alyans gürcü radarlarından məlumat əldə edə biləcək.
Məsələylə bağlı fikirlərini öyrəndiyimiz hərbi ekspert İldırım Məmmədov deyir ki, SSRİ dağılandan sonra Moskva müstəqillik əldə etmiş ölkələrin müstəqil hava hücumundan müdafiə sistemləri yaratmasını hər cür əngəlləməyə çalışıb. Hətta Azərbaycanda Qəbələ radiolokasiya stansiyasından (RLS) istifadə edən Rusiya I Qarabağ müharibəsində daha çox erməniləri məlumatlandırıb. Gürcüsan isə son olaylar zamanı birbaşa Rusiyanın qurudan və havadan hücumuna məruz qalıb.

Ramiz

İldırım Məmmədova görə, fiziki baxımdan gürcülər müharibəni uduzsalar da, mənəvi baxımdan udublar. Dünya Rusiyanın iç üzünü, imperiya siyasətini görüb. Ona görə də ABŞ başda olmaqla Qərb dünyası hazırda Gürcüstan iqtisadiyyatının dirçəlməsi, ordunun döyüş qabiliyyətinin bərpası üçün yardımlarını artırır. Məsələn, ABŞ gürcü ordusu üçün 1 milyard dollar ayırıb. Tiflis yardımların miqdarının 9 milyard dollara qədər çatmasına çalışır: "Qərbin Rusiyaya qarşı siyasəti daha da güclənəcək və rusların qururunun əzilməsi prosesi davam edəcək. Gürcüstanın NATO hava nəzarəti sistemləriylə birləşdirilməsi də bu qəbildəndir".
Onun sözlərinə görə, ABŞ vitse-prezidenti Dik Çeyninin də bölgəyə gəlişi təsadüfi deyil: "Hansısa formatda Rusiya cəzasını alacaq". Hərbi ekspert dedi ki, Gürcüstanın NATO-nun hava nəzarəti sistemlərinə qoşulması Alyansa inteqrasiya istiqamətində növbəti addımdır: "Mən hesab edirəm ki, mobil RLS-lər, zenit-raket kompleksləri yaxın zamanlarda Gürcüstan ərazisində yerləşdiriləcək. Tiflis də Alyansa inteqrasiya yolunda qətiyyətlidir. Gürcüstan MDB-dən çıxmaqla, Moskvayla diplomatik əlaqələrini kəsməklə bu yoldan dönməyəcəyini ortaya qoydu. Azərbaycan da birmənalı seçimini etməlidir. Balans siyasət bizim üçün çox təhlükəli fəsadlarla sonuclana bilər". İldırım Məmmədov Azərbaycan ərazisində Rusiyanın hələ də Qəbələ RLS-dən istifadə etdiyini də xatırladır: "Bu məsələyə nöqtə qoymağın zamanı çoxdan çatıb. Rusiyaya öz ərazimizdən hava məkanımıza nəzarət etməsinə yol vermək düzgün deyil". xalqcebhesi

Hiç yorum yok: