Şimali Koreyadan nüvə hücumu
Şimali Koreyanın, ABŞ ilə diplomatik əlaqələri inkişaf etdirmək qarşılığında dövriyyədən çıxarmağı qəbul etdiyi Yongbyon nüvə təsisatını yenidən qurmağa başladığı iddia edildi
QayNar: Amerikanın "Fox" televiziyası, internet saytında bəzi amerikalı yetkililərə istinadən verdiyi xəbərdə, aparılan işlərlə bağlı detallı məlumat vermədi, ancaq Şimali Koreyanın məqsədinin "ABŞ-ın "Pyongyang"ı terrora dəstək verən ölkələr siyahısından hələ də çıxarmamasına" etiraz etmək olduğu bildirildi.
Xatırladaq ki, Şimali Koreya avqustun 26-da, ABŞ-ı qəbul edilən razılaşmanı pozmaqda günahlandıraraq, nüvə təsisatlarını dövriyyədən çıxarmağı dayandıracağını bildirmişdi.
QayNar.info-nun xəbərinə görə, Şimali Koreyanın nüvə proqramı ilə əlaqədar olaraq, Cənubi Koreya, ABŞ, Rusiya, Çin və Yaponiyanın qatıldığı altılı müzakirələrdə qəbul olunan razılaşma, Pyongyang hökumətinin nüvə təsisatını məhv etməsini və nüvə proqramına dair sənədləri təqdim etməsini nəzərdə tuturdu.
Pyongyang hökuməti, nüvə fəaliyyətləri ilə bağlı sənədləri altılı görüşlərə sədrlik edən Çinə iyun ayında təslim etməsindən sonra, nüvə proqramının simgəsi sayılan Yongbyon reaktorunun soyutma qülləsini də məhv etmişdi.
ABŞ da buna qarşılıq olaraq Şimali Koreyanı terrora dəstək verən ölkələr siyahısından çıxarmaq və bəzi sanksiyaları aradan qaldırmaq kimi addımlar atacağını bildirmişdi. //Rəşad Səfərov, QayNar
3 Eylül 2008 Çarşamba
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder