azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

5 Eylül 2008 Cuma

SƏNƏDİ İSA QƏMBƏR, ƏLİ KƏRİMLİ, ƏLİ ƏLİYEV, LALƏ ŞÖVKƏT HACIYEVA və ELDAR NAMAZOV İMZALAYACAQ

SƏNƏDİ İSA QƏMBƏR, ƏLİ KƏRİMLİ, ƏLİ ƏLİYEV, LALƏ ŞÖVKƏT HACIYEVA və ELDAR NAMAZOV İMZALAYACAQ







Prezident seçkisini boykot etmiş Müsavat, Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf partiyaları, Milli Birlik Hərəkatı və «Azərbaycan Naminə» İctimai Forumun adından bu gün imzalanacaq sənədi qurumların rəhbərləri İsa Qəmbər, Əli Kərimli, Əli Əliyev, Lalə Şövkət Hacıyeva, Eldar Namazov qollayacaqlar. Saat 13-də «Kaspian Plaza» otelində imzalanacaq sənəd 15 oktyabr seçkisinə vahid münasibət sərgiləyir və gələcək əməkdaşlığı hədəfləyir.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı «Media forum» saytına deyib ki, imzalanacaq sənəddə seçkiqabağı demokratik şəraitin yaradılmadığı, demokratik seçki keçirmək üçün müvafiq seçki qanunvericiliyinin olmadığı, seçki komissiyalarının hakimiyyətin nəzarəti altında qaldığı, eyni zamanda seçki kampaniyası dövründə bərabər rəqabət aparmaq imkanlarının olmadığı vurğulanır: «Bütün bunlarfaktiki alternativsiz seçkinin keçirilməsinə gətirib çıxarıb və ona görə belə seçkinin nəticəsində formalaşan hakimiyyəti legitim hesab etmək olmaz».

«Məsləhətləşmələrdə iştirak edən Klassik Xalq Cəbhəsi və Açıq Cəmiyyət partiyaları yekun sənədi niyə imzalamır» sualına cavabında A.Hacılı deyib ki, «klassiklər» müttəfiqləri olan Azadlıq Partiyası və və bir sıra digər siyasi təşkilatların bu prosesdə iştirakı tələbini irəli sürüb: «Ancaq məsləhətləşmələrdə iştirak edən digər siyasi qüvvələr bunu məqbul hesab etməyiblər. Açıq Cəmiyyət Partiyasında isə məsələ ilə bağlı aydınlıq yoxdur. Çünki partiyanın rəhbərliyinə daxil olan şəxslər bu məsələdə fərqli mövqe sərgiləyirlər. Lakin bu sənədə sonradan partiyanın lideri Rəsul Quliyevin qoşulması istisna deyil».


«Media forum»

Hiç yorum yok: