azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

4 Eylül 2008 Perşembe

Mehdi Səfəri: “İran “Transxəzər” layihəsinin əleyhinədir”

Mehdi Səfəri: “İran “Transxəzər” layihəsinin əleyhinədir”

Bakı-Tamara Qriqoriyeva - APA. Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti oktyabr-noyabr aylarında Bakıda baş tutacaq. APA-nın xəbərinə görə, bu barədə İran xarici işlər nazirinin müavini Mehdi Səfəri bildirib. M. Səfəri deyib ki, bütün tərəflər məsələlərin daha tez həll olunması üçün uyğunlaşdırma prosesinin aktivləşməsini dəstəkləyirlər: “Təbii ki, bunu həll etmək üçün bir yox, bir neçə görüş olmalıdır”.

Nazir müavinin sözlərinə görə, Xəzəryanı ölkələr arasında dənizin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsində mövcud problemlərin 60-70 faizi artıq həll olunub: “Bugünkü görüşdə? əsasən energetika məsələləri və Xəzər dənizinin təhlükəsizliyi layihəsi müzakirə edilib”.

M. Səfəri İranın “Transxəzər” layihəsinin əleyhinə olduğunu bildirib: “Çünki həmin layihə Xəzər dənizinin ekoloji durumuna pis təsir edə bilər. Mərkəzi Asiyadan enerji resurslarını İran, yaxud Rusiya vasitəsilə də daşımaq olar. Belə yollar varsa, niyə risk edərək, “Transxəzər” layihəsini tikməliyik?” apa

Hiç yorum yok: