azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

1 Eylül 2008 Pazartesi

GÜNEY AZƏRBAYCANIN QARADAĞ VILAYƏTINDƏ 250 MIN TONLUQ QIZIL MƏDƏNI TAPILIB

GÜNEY AZƏRBAYCANIN QARADAĞ VILAYƏTINDƏ 250 MIN TONLUQ QIZIL MƏDƏNI TAPILIB



DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən son günlərdə Güney Azərbaycanın Qaradağ vilayətinin Vərziqan şəhərində 250 min tonluq böyük qızıl mədəni aşkarlanıb. Fars şovinist hakimiyyəti Güney Azərbaycanın yeraltı və yersütü sərvətlərinə talan etməkdə davam edir.

Güney Azərbaycanın milli sərvətlərini talan edən faşist molla hakimiyyəti Güney Azərbaycanın iqtisadi vəziyyətini günü-gündən ağırlaşdıraraq yerli əhalini öz ata-baba torpaqlarından köçmək məcburiyyətində qoyur.

Iranın mədən və sənaye təşkilatının rəisi Məhəmmədəli Banan mətbuat konfransında elan edib ki, Şərqi Azərbaycanın Vərziqan şəhərinin yaxınlığında 250 min tonluq qızıl mədəni kəşf olunub. O bildirib ki, bu məntəqədə qızılın istehaslı üçün 5 milyon dollar sərmayə lazımdır ki, xüsusi şirkətlərlə qızıl zavodu istehsalı tikilsin. Hesablamalara görə zavod hazır olduğu təqdirdə həmin mədəndən ildə 400 kq qədər qızıl əldə etmək mümkündür. O əlavə edib ki, hal hazırda Əhər şəhərinin Xarvana bölgəsində qızıl mədənlərindən hər gün qızıl istehsal olunur.

Güney Azərbaycanın Qaradağ vilayəti yeraltı sərvətlərlə dolu bir bölgə hesab olunur. Yüzlərlə qızıl mədənləri süngün mis mədənində minlərlə ton mis, qızıl və uranion mövcuddur ki, neçə ildir İran və erməni şirkətləri bu mədənlərdə iş aparırlar.

Xatrıladaq ki, son zamanlarda Muğan vilayətində də çoxlu sayda neft yataqları aşkar olunub. Həmin yataqların istehsalı üçün İran Ermənistandan mütəxəsislər cəlb edərək neftin istehsalı üçün texnika və emal avadanlıqları quraşdırmaq üçün ciddi iş aparılır. dak

Hiç yorum yok: