azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

3 Eylül 2008 Çarşamba

TƏBRIZDƏ QADINLARIN QAZLARIN KƏSILMƏSI ILƏ BAĞLI ETIRAZ AKSIYASI ZORLA YATIRILIB

TƏBRIZDƏ QADINLARIN QAZLARIN KƏSILMƏSI ILƏ BAĞLI ETIRAZ AKSIYASI ZORLA YATIRILIB



DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən 31 avqust 2008-ci il tarixində Təbrizin mərkəzində yerləşən Saat meydanı qarşısında Təbrizin əksər məhəllələrində qazların uzun müddətdən bəri kəsilməsinə etiraz olaraq minlərlə qadın həmin gün Təbriz şəhərinin Saat meydanına doğru gedən yolları günortaya qədər bağlayaraq öz etirazlarını bildiriblər.

Xatırladaq ki, bu ilin əvələrindən faşist molla hakimiyyəti Güney Azərbaycana iqtisadi və siyasi təzyiqləri artıraraq Güney Azərbaycan əhalisini öz ata-baba yurdlarından köç etdirmək planları özünü büruzə verməkdədir. Onlardan biridə Təbriz şəhərinin ən qədim məhəllələrini qaz və enerji təminatını dayandırmaq yolu ilə əhaliyə ruhi və psixoloji təzyiqlər göstərilir. Bu ədalətsizliyə dözməyən və etiraz aksiyası keçirən əhali, xüsusilə qadınlar İran polisi tərəfindən əl dəyənəklərilə döyülərək etiraz aksiyasını dayandırmağa məcbur edilmişlər. Həmin aksiya zamanı gənclərin, qadınların müdafiə etdiyini görən təhlükəsizlik və polis məmurları neçə nəfər gənci döyərək maşınlara yerləşdirib naməlum istiqamətə aparıblar.

Aksiyadan çəkilmiş videogörüntüyə aşağıdakı linkdən baxa bilərsiz. http://www.tebriztube.com/medyaizle.php?haber_id=12613
www.dak.az

Hiç yorum yok: