Abdulla Gül və əfsanəvi ASALA terrorçusu eyni tribunada!
1983-cü ildə Fransanın paytaxtı Paris şəhərinin yaxınlığındakı Orly Hava Limanında partlayış törədən erməni terror təşkilatı ASALA-nın üzvü Varujan Qarbisyan da İrəvanda keçiriləcək Ermənistan-Türkiyə futbol matçını izləyənlər arasında olacaq.
Lent.azın Habertürk-ə istinadən verdiyi məlumata görə, V. Qarbisyan matça xüsusi olaraq dəvət edilib.
Hələlik Abdulla Gül məsələ ilə bağlı heç bir açıqlama verməyib. Ermənistanda V. Qarbisyanın futbolun keçirildiyi meydançaya buraxılıb-buraxılmayacağı da məlum deyil.
Qeyd edək ki, Orly Hava Limanında türklərə qarşı həyata keçirilən terror aktı nəticəsində 8 nəfər ölüb. Hadisədən sonra Fransada həbs olunan V. Qarbisyan 2001-ci ildə azadlığa buraxılıb.
LENT.AZ
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder