Türk hərbi müşahidəçiləri Cənubi Osetiyada
ATƏT-in Cənubi Osetiyaya göndərdiyi hərbi müşahidəçilər arasında Türkiyənin iki təmsilçisi də olacaq. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bununla bağlı Xarici İşlər Nazirliyi açıqlama yayıb.
XİN bildirir ki, ATƏT-in Daimi Şurası avqustun 18-də Gürcüstana göndəriləcək müşahidəçilərin sayını 100-ə qədər artırmaq və onlardan 20 nəfərini dərhal Cənubi Osetiyaya göndərməklə bağlı qərar qəbul edib.
Açıqlamada qeyd olunur ki, Türkiyə 20 nəfərlik qrupa 2 müşahidəçi ilə qatılacaq. Artıq türk hərbi müşahidəçiləri sentyabrın 2-də Tiflisə gediblər.
LENT.AZ
4 Eylül 2008 Perşembe
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder