azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

1 Eylül 2008 Pazartesi

SERGEY LAVROV: “RUSİYA GÜRCÜSTANA SİLAH TƏDARÜKÜNƏ EMBARQO QOYULMASINI TƏKLİF EDİR”

SERGEY LAVROV: “RUSİYA GÜRCÜSTANA SİLAH TƏDARÜKÜNƏ EMBARQO QOYULMASINI TƏKLİF EDİR”


Rusiya Gürcüstana silah tədarükünə embarqo qoyulmasını təklif edir. «Vesti» telekanalının verdiyi xəbərə görə, bu barədə bazar ertəsi MDBMİ-də tələbələrlə keçirilən görüşdə Rusiya Federasiyasının XİN rəhbəri Sergey Lavrov bildirib.
«Saakaşvili rejimi ABŞ-ın Gürcüstana hərbi yardımını dəstəkləyib», - deyə nazir bildirib.

Onun sözlərinə görə, RF ABŞ ilə qarşılıqlı və düzgün əsasda münasibət quracaq. Lavrov bildirib ki, Rusiya eyni zamanda, vətəndaşlarının və öz maraqlarının beynəlxalq arenada əzmlə müdafiəsini davam etdirəcək.

Nazirin sözlərinə görə, ABŞ-ın Saakaşviliyə dəstəyi tarixi miqyaslı səhvə səbəb ola bilər.

«Biz regionda təhlükəsizliyi təmin etmək üçün ATƏT və BMT ilə sıx əməkdaşlıqda maraqlıyıq. İrəliyə doğru yeganə müdrik yol – Qərblə praqmatik əməkdaşlıqdır», - deyə o əlavə edib.
Trend

Hiç yorum yok: