azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

3 Eylül 2008 Çarşamba

SERJ SƏRKİSYAN ABDULLA GÜLÜN SƏFƏRİ ƏRƏFƏSİNDƏ: «YER ÜZÜNDƏ SOYQIRIMIN OLDUĞUNA İNANMAYAN BİR ERMƏNİ BELƏ YOXDUR»

SERJ SƏRKİSYAN ABDULLA GÜLÜN SƏFƏRİ ƏRƏFƏSİNDƏ: «YER ÜZÜNDƏ SOYQIRIMIN OLDUĞUNA İNANMAYAN BİR ERMƏNİ BELƏ YOXDUR»



Ermənistan prezidenti Serj Sərkisyan həmkarı Abdulla Gülün sentyabrın 6-na planlaşdırılan Yerevan səfəri ərəfəsində Türkiyənin «Radikal» qəzetinə müsahibə verib. «Media forum» saytı müsahibəni qısa ixtisarla diqqətinizə çatdırır.



- Ermənistanda bəzi partiyalar «Qərbi Ermənistan» termini işlətməkdə davam edir və Türkiyəyə ərazi iddiaları irəli sürür. Siz Türkiyənin Ermənistanla indiki sərhədlərini hüquqi baxımdan necə qiymətləndirirsiniz?

- Mən hər hansı rəsmi vəzifəli erməninin nə vaxtsa ərazi tələbləriylə çıxış etdiyini xatırlamıram. Ancaq qarşı tərəfdən çox belə şəxs yadıma gəlir. Burada hər hansı şəxs və partiyalardan söz açmağı düzgün saymıram, çünki dəqiq bilirəm ki, Türkiyədə Ermənistanı heç dövlət saymayan vətəndaşlar və şəxslər var. Mən hər zaman demişəm ki, münasibətlərin normallaşdırılması üçün hər hansı ön şərt irəli sürmək gərək deyil, biz bu məsələdə heç bir ön şərt qoymuruq.

Sizin dediyiniz «Qərbi Ermənistan» termininə gəlincə, «Qərbi Ermənistan» və «Şərqi Ermənistan» tarixən yaranmış toponimlərdir. Bunun tarixi XIX əsrin ikinci yarısına gedib çıxır. Bizdən bu toponimləri unutmağımızı tələb etmək bir başqasına, məsələn, Kiyev Rus dövlətini, Osmanlı imperiyasını və ya Spartanı unutmaq tələbi irəli sürmək demək olardı. Məsələni belə qoymaq düz deyil.

- Ermənistan-Türkiyə münasibətləri müəyyən mənada soyqırım məsələsinin müzakirəsiylə məhdudlaşıb. Münasibətləri bu məsələnin həllinə qədər inkişaf etdirilməsi mümkünsüzdürmü? Soyqırımın tanınması məsələsi münasibətlərin inkişafında ön şərt sayıla bilərmi?

- Yer üzündə soyqırımın olduğuna inanmayan bir erməni belə yoxdur. Ancaq biz heç vaxt soyqırımın tanınmasını münasibətlərimizi qaydaya salmağın şərti kimi irəli sürməmişik.

- İki ölkə rəsmilərinin apardığı dialoqdan ümidverici nəsə gözləməyə dəyərmi?

- Bəli. Ümidim olmasaydı, bu görüşləri mənasız məşğuliyyət sayardım. Məncə, biz elə bir mərhələyə gəlmişik ki, qərar verməliyik. Qərarın asan başa gəlməyəcəyi aydındır. Ona da şübhəm yoxdur ki, qərarı heç də bütün ermənilər və türklər alqışlamayacaq. Ancaq bizim cəmiyyətlərin müsbət qərarları çoxluqla qəbul edəcəyinə inanıram. Bizim tarixən çətin münasibətlərimiz olub, ancaq biz qonşuyuq. Ermənistan heç bir ön şərt qoymadan münasibətləri yoluna qoymağa hazırdır. Türkiyə rəhbərliyindən də bunu gözləyirik.


«Media forum»

Hiç yorum yok: