azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

3 Eylül 2008 Çarşamba

İRAN DAXİLİ İŞLƏR NAZİRİNİN ALİ MƏKTƏB DİPLOMU DA SAXTA ÇIXIR

İRAN DAXİLİ İŞLƏR NAZİRİNİN ALİ MƏKTƏB DİPLOMU DA SAXTA ÇIXIR


Əli Kürdan


İran Azad İslam Universitetinin rektoru Abdulla Casbi bu təhsil ocağının daxili işlər naziri Əli Kürdana ali məktəb diplomu vermədiyini bildirib. Bununla nazirin fəxri doktor adını saxta yolla alması barədə məlumatlardan başlayan qalmaqal daha da böyüyüb.

Ə.Kürdanın fəxri doktorluq dərəcəsinin saxta olması haqda versiyanı bir ay əvvəl İran hakimiyyətinə yaxın saytlardan biri yayıb. Bundan sonra saytın fəaliyyəti dayandırılsa da, məsələyə ciddi yanaşan İran parlamentinin deputatları Ə.Kürdanı dəfələrlə parlamentə çağıraraq sorğu-suala tutublar və fəxri doktorluq dərəcəsini haradan aldığı haqda izahat istəyiblər. Ə.Kürdan fəxri doktorluq dərəcəsini ABŞ-ın Oksford Universitetindən aldığını desə də, iki həftə əvvəl bu təhsil ocağı təkziblə çıxış edib.

İndi nazirin hətta ali məktəb diplomu olmadığı üzə çıxır. «Media forum» saytının məlumatına görə, İran Azad İslam Universitetinin rektoru Abdulla Casbi sentyabrın 1-də Xorasanda çıxış edərək deyib: «Əli Kürdan Azad İslam Universitetindən heç bir rəsmi sənəd almayıb. Onun bu universitetdən diplom alması ilə bağlı söylədikləri yalandır».

Ə. Kürdan daxili işlər naziri vəzifəsinə təsdiqlənərkən parlamentdə deputatlara ali məktəb diplomunu Azad İslam Universitetindən, fəxri doktor adını isə ABŞ-ın Oksford Universitetindən aldığını demişdi.




«Media forum»

Hiç yorum yok: