azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

1 Eylül 2008 Pazartesi

Azərbaycanda 4 min şəxs itkin hesab edilir

Azərbaycanda 4 min şəxs itkin hesab edilir


Avqustun 30-u itkin düşmüş şəxslərin beynəlxalq günü Azərbaycanda da qeyd edilib.

İtkin düşmüş şəxslərin problemləri Azərbaycanda aktual olaraq qalır. Rəsmi statistikaya görə, ölkədə 4 mindən çox şəxsin taleyi barədə heç bir məlumat yoxdur. Onların əksəriyyəti Qarabağ müharibəsi zamanı itkin düşənlərdi.

Minayə Sadiqova 14 ildən çoxdur ki, Qarabağ uğrunda döyüşlərə yollanan oğlu Məzahir Zamanovun yolunu gözləyir. Əvvəlcə oğlunun əsirlikdə saxlanıldığını deyiblər.

O deyir ki, 2004-cü ilə qədər ara-sıra oğlu barədə əsirlikdən bir xəbər ala biliblər. Amma o vaxtdan etibarən heç bir səs-soraq yoxdur.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının məlumatına görə, ölkədə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4200-dən çoxdur. Onların təqribən 3400-ü hərbçi, 817 nəfəri mülki şəxslərdir.

İndiyə qədər əsir və girovluqdan 1400 nəfər azad edilib. Amma yenə də səbirsizliklə xəbər gözləyən ailələr az deyil. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin əlaqələndiricisi Süzanna Lopez deyir ki, regionda qeyri-müəyyənlikdə yaşayan minlərlə ailə var.

“Hər bir itkin düşmüş şəxsin taleyi bir faciədir. Bü düzdür. Amma itkin düşmüşlərlə yanaşı, onların ailələri və yaxınları da bir faciə yaşayırlar. Bu faciənin qurbanları isə yaxınlarını səssiz-səmirsiz itirən ailələrindir. Onlar nə bir icma, nə də bir qrup kimi reabilitasiya keçə bilmirlər və ağır psixoloji durumda yaşayırlar. Kömək və xəbər axtaran belə ailələrin də öz haqları var”.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə dövlət komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqovun sözlərinə görə, itkinlərin tapılması üçün hər bir iş görülür. O deyir ki, son illərdə beynəlxalq qurumlar itkin düşənlərin problemlərinə diqqəti artırıblar.

Komissiyadan deyirlər ki, bəzi hallarda itkin düşən yaxınları barədə uzun müddət heç bir məlumat ala bilməyən və qeyri-müəyyənlikdən yaxa qurtarmaq istəyən ailələr qəbiristanlıqda yer alırlar. Və yaxınlarının itkin düşməsinin yaratdığı vəziyyət ilə bu yolla barışmaqda çıxış yolunu görürlər.


BBC

Hiç yorum yok: