azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

4 Eylül 2008 Perşembe

Son üç ayda 6-cı azərbaycanlı tələbə həbs edilib

Son üç ayda 6-cı azərbaycanlı tələbə həbs edilib

Urmiya universitetinin tələbələrinin etiraz aksiyalarından biri. May 2006-cı il. Qızın əlində tutduğu şüarda yazılıb: Qızıldan olsa qəfəsim, azadlığa var həvəsim
Aygün Muradxanlı

İranda Azərbaycan mədəniyyətini təbliğ edən milli dərnəklər qurduğuna və türkcə dərgi buraxdığına görə, daha bir tələbə həbs edilib. Bu İsfahan Universitetinin gəmiçilik fakultəsinin tələbəsi Məcid Makuidir. Urmiyə şəhərindən jurnalist İsmayıl Cavadi «Azadlıq» radiosuna deyib ki, Makuini üç gün əvvəl İranın əmniyyət qüvvələri həbs edib:

«İndiyə qədər onun taleyi lə bağlı heç bir bilgi yoxdur. Bir neçə ay öncə onu may hərəkatının ildönümü ilə bağlı, ana dilində təhsil tələblərinə görə həbs edib ETTELAAT-a aparmışdılar. İndi gələn xəbərə görə, ETTELAAT-ın Urmiya bölməsində saxlanır».

İsmayıl Cavadinin sözlərinə görə, bu, son üç ayda İranda həbs edilən altıncı azərbaycanlı tələbədir. İndiyə qədər tutulan tələbələrin heç birinin taleyi ilə bağlı dəqiq bilgi yoxdur:

«Mənsur Əminiyan, Səccad Radmehr, Fəraz Zehtab, Aydın Xaceyi, Əmir Əhdidir isə Təbrizdə saxlanır».

Həbs ediləndən sonra onların heç birinə ailələrilə əlaqə saxlamaq imkanı verilməyib. Tələbələrin vəkili də yoxdur.

İsmayıl Cavadi deyir ki, belə ittihamlarla həbs edilənlərə yalnız məhkəmədə vəkildən yararlanmaq hüququ verilir. Bu isə tələbələrin hüquq və azadlıqlarının kobud şəkildə tapdanmasına səbəb olur:

«Mənsur Əminiyan Xoy şəhərində həbsdədir. Ailəsi böyük təzyiqlər altındadır. Eşitdiklərimizə görə, özünün durumu da yaxşı deyil. Onların hamısının suçu universitetlərdə milli dərnəklər qurmaq, ana dilində dərgilər hazırlamaqdır».
Mənsur Əminiyan universitetdə doktorluq mərhələsini başa vurub. Onun yalnız doktorluq diplomu alması üçün bir imtahan qalıb ki, həbs edildiyindən indi bu mümkün deyil.

Son aylarda həbs edilən İbrahim Rəşidinin isə təhsil almaq hüququ bütünlüklə əlindən alınıb. Bunu İran Azərbaycanlılarının Siyasi Hüquqlarının Müdafiəsi Assosiasiyasının sözçüsü Vahid Qarabağlı deyir. Onun sözlərinə görə, İranda türk tələbələr arasında tanınan şair, eyni zamanda insan haqlarının müdafiəçisi İ.Rəşidi ali təhsilini başa vurduqdan sonra doktoranturaya qəbul olmaq istəsə də, hökumət buna imkan verməyib.

İranın Təhsil Nazirliyində Rəşidiyə bildiriblər ki, o, təhsil hüququndan məhrum edilib. Vahid Qarabağlının sözlərinə görə, son bir neçə ayda həbs edilən tələbələrin də bütün haqları əllərindən alınır:

«Onların ittihamı açıqlanmayıb, qohumlarıyla görüşmək imkanları yoxdur, vəkil tutma haqqı verilməyib, ailələrini bilərəkdən nigaran saxlayırlar. Ailələr bu işin arxasınca gedəndə isə onları təhdid edirlər. Bu yaxınlarda Səccad Rabmehrin anasına ETTELAAT-dan telefon açıb xəbərdarlıq ediblər ki, əgər oğlu ilə bağlı xəbərləri mediaya çıxarsa, oğlu daha çox işgəncələrlə üzləşəcək».

Vahid Qarabağlı deyir ki, indi İran Azərbaycanında bütün universitetlərə ETTELAAT-ın nəzarəti gücləndirilib:

«Türk dilində təhsil hüququnu tələb edən, bu məqsədlə vərəqələr yayan, dərgilər çap edən bütün tələbələr xüsusi xidmət orqanının bölmələrinə aparılır».

Hüquq müdafiəçiləri baş verənləri insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması kimi dəyərləndirirlər.
azadliqradiosu

Hiç yorum yok: