azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

4 Eylül 2008 Perşembe

İRAN 37 İl ƏVVƏL BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏN ALDIĞI ADALARA DAHA BİR İDDİANI RƏDD EDİB

İRAN 37 İl ƏVVƏL BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏN ALDIĞI ADALARA DAHA BİR İDDİANI RƏDD EDİB


İran Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qəşqavi jurnalistlərə açıqlamasında Fars Körfəzi Həmkarlıq Şurasının İranın Kiçik Tonb, Böyük Tonb və Əbumusa adaları ilə bağlı bəyanatını rədd edib. O, İranın Əbumusa adasında rəsmi qurumların nümayəndəliklərini açmasını ölkənin qanuni haqqı saydığını deyib.

Fars Körfəzi Həmkarlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri sentyabrın 2-də Ciddədə (Səudiyyə Ərəbistanı) keçirdikləri toplantıda birgə bəyanat yayaraq İrandan bu adalarda açdığı ofisləri yağışdırmağı tələb edib. Şura üzvlərinin qəbul etdiyi bəyanatda deyilir: «Nazirlər şurası İranın Birləşmiş Ərəb Əmirliklərinə məxsus olan Əbumusa adasında rəsmi ofis açmasını məhkum edərək bu ofisin yığışdırılmasını və Birləşmiş Ərəb Əmirliklərinin ərazi bütövlüyünə riayət edilməsini tələb edir».

«Media forum» saytının məlumatına görə, H.Qəşqavi deyib: «Bu adalar İrana aiddir və onların bu iddiaları əsassızdır. Biz onların iddialarını rədd edirik». H.Qəşqavi şuranın qəbul etdiyi bu bəyanatı İranın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

Son illər Birləşmiş Ərəb Əmirlikləri dəfələrlə rəsmi və qeyri-rəsmi mərasimlərdə Kiçik Tonb, Böyük Tonb və Əbumusa adalarının qaytarılmasını tələb edib və məsələ danışıqlar yolu ilə alınmayacağı təqdirdə Beynəlxalq Haaqa Məhkəməsinə üz tutacağını bildirib.

Əbu Musa, Kiçik Tonb və Boyük Tonb adaları İrana 1971-ci ildə BƏƏ Böyük Britaniyadan müstəqillik qazananda verilib.




«Media forum»

Hiç yorum yok: