azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

4 Eylül 2008 Perşembe

DAŞNAKLAR ABDULLA GÜLÜ GÜL-ÇİÇƏK və... SOYQIRIMI TANIMAQ ŞÜARLARIYLA QARŞILAYCAQ

DAŞNAKLAR ABDULLA GÜLÜ GÜL-ÇİÇƏK və... SOYQIRIMI TANIMAQ ŞÜARLARIYLA QARŞILAYCAQ

Daşnaksütun Partiyasının liderlərindən Armen Rustamyan Türkiyə prezidenti Abdulla Gülün Yerevana gəlməyə razılıq verməsindən təəccübləndiyini bildirib: «Sanki biz itirdiyimiz qardaşımızı qarşılayacağıq».

«Media forum» saytı xəbər verir ki, A.Rustamyan sentyabrın 4-də mətbuat konfransı keçirib Ermənistan Futbol Federasiyasının emblemindəki Ararat dağının (Ağrı dağı) təsvirini top təsviri ilə əvəzləməsinə təəssüfləndiyini də bildirib: «Əgər bu, Türkiyənin təzyiqi ilə edilməyibsə, onda bunu niyə edibsiniz? Əgər Türkiyə inad edibsə, bu addımı atmaq ayıb deyilmi?»

Daşnak liderin sözlərinə görə, onlar Ermənistan rəhbərliyinin A.Gülü Yerevana dəvət etməsinin əleyhinə deyillər: «Daşnaksütun, sadəcə, Türkiyəyə və bütün dünyaya erməni tərəfinin öz tələblərindən vaz keçmədiyini göstərmək istəyir. Əgər biz «erməni genosidi»nin tanınması məsələsini qaldırmasaq, bütün dünya nə deyəcək? Genosid tanınmasa, Ermənistanın təhlükəsizliyinə təminat olmayacaq. Osmanlı Türkiyəsinin varisi olan Türkiyənin yenidən genosid törədəcəyi təhlükəsi həmişə var».

Bu mövqeyə baxmayaraq daşnaklar A.Gülü hava limanında gül-çiçəklə qarşılamaq niyyətindədirlər. A.Rustamyan deyib ki, Türkiyə prezidentini qarşılamaq üçün hava limanına yığışacaq minlərlə daşnak «erməni genosidi»nin tanınması məsələsini qaldıracaq. Daşnaklar oyun boyunca meydanda genosidin tanınması ilə bağlı çağırışlar da səsləndirəcəklər.

Sentyabrın 6-da Türkiyə prezidenti Abdulla Gül milli futbol yığmasının Yerevanda Ermənistana qarşı keçirəcəyi matçı izləmək üçün qonşu ölkəyə səfər edəcək. Onu Yerevana Ermənistan prezidenti Serj Sərkisyan dəvət edib. Gülün dəvəti qəbul etdiyi bu gün rəsmən açıqlanıb.

«Media forum»

Hiç yorum yok: