azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

1 Eylül 2008 Pazartesi

Baybak sitəsinin təxribatları

Baybak sitəsinin təxribatları

Baybak sitəsi kimliyi bəlli olmayan kimsənin görmədiyi və tanımadığı, heç bir milli aksiya və
fəaliyyətdə, nə keçmişdə nə də indi olmayan, özünü millətçi göstərməyə çalışan Məsud İntizar adı ilə
özün tanıtdıran şəxs yüksək səviyyədə eytilmiş təxribatçıdır.

Məsud İntizarın milli mübarizəmizə və millətçiliyə qarşı fəalyyəti ilk olaraq şantaj xarakterli yazılarla
başladı. Bir müddətdən sonra milli fəallara və şəxslərə, daha sonra təşkilatlara qarşı təxribata
başladı. Təbiidir ki, bu cür təxribatçının yazılarına heç bir milli sitə ya grup yol vermədiyi üçün təkcə
Əli Hamid İman və onun sitəsindən milli fəalları təxrib etməyə dəvam etdilər. Həyasızlıgı o dərəcəyə
yetirdilər ki, Azərbaycanın tanınmış fəallarını əxlaq pozuntuluğuna ittihama başladılar. Bu çirkin
əməli milli fəallar bütövlükdə məhkum edərək Şəms Təbriz sitəsini təhrim etdilər və nəhayət o sitə
rüsvay olduğu üçün bağlandı.

1385-ci il xordad qiyamının ardından baybak.com daha da aktivləşdi. Həmin surələrdə Günaz Tv
hərəkətin irtibatını sağladığı üçün bu kanaldan faydalanmağa çalışan Məsud İntizar bizim
müqavimətimizi gördükdə iyun 2006 da Günaz Tv-yə gələn sənəd və xəbərləri əngəlləmək üçün
Günazın mailinə problem yaratmağa çalışdı. Sonralar aşkarcasına yeganə milli TV-mizə hücumlara
başladı və TV-ni qara qutu, amerika qulluqçusu, İsrail nökəri adlandırdı. İttəhamlara diqqət etdikdə
cumhuri islaminin Günaz TV-yə vurduğu itəhhamlarının təkrarlamasıdır.

Azərbaycan milli hərəkətini bədnam etmək üçün baybak.com sitəsi 1385-ci il 21 Azər günü Peyman
Pakmehrilə birlikdə bir şəkil fotoşapla montaj edib baybak.com -a yerləşdirdi və ondan qaynaq
kimi faydalanıb fars sitələrində və xarici sitələrdə təbliğ etməgə başladilar ki guya azərbaycanlılar
kitab yandırandır. Bu şəkilin montaj və qondarma olduğunu bütün Azərbaycan təşkilatları sübut
edərək bu yalan xəbəri məhkum etdikdə, Məsud İntizar israrla azərbaycanlıların kitab yandıran
olduqlarını sübut etməyə çalışırdı və bəlli miqdarda bu üzdən hərəkətimizə beynəlmiləl sahədə
zərbə vurub və fars şövinizminə böyük xidmət etdi.

Məsud İntizar və baybak.com sitəsinin işlərindən biri də hərəkətdə təşkilatlanmağı əngəlləmək
olmuşdur. Məhz buna görədir ki, baybak.com sitəsi bu günə qədər heç bir Azərbaycan təşkilatını
dəstəkləməyib, bəlkə bütün təşkilatları təxrib etmişdir.
Misal: http://www.11008.baybak.com/il_11008_say_509.azr
yazıda bütün Azərbaycan təşkilatlarını təxrib edir və hətta 39 -40 paraqrafda GAİP-i terrorizmlə
işbirliyində ittiham edir. (Bu ideanı elbəttə İran İslam cumhurisi GAİP haqda işlədib və bir neçə
məmləkətdən o ölkələrdə GAİP- in fəaliyyətinin əngələməsini və üyələrinin tutuqlanmasını tələb
edibdir) Baybak sitəsi cumhuri islamının sözünü gəvşəməsi heç də təəcüblu deyildir.

Bu yazıda http://www.11008.baybak.com/il_11008_say_787.azr Məsud İntizar təbrizli Baybak
adıyla 7- ci paraqrafda milli fəallar və millətimizə baxışını və onun gözündə millət və milli fəalların
nə qədər alçaq olduğunu nümayiş etdirir. “بو آرادا منيم آنلاديغيم آما قبول ائده بيلمه ديگيم بير اولاي وار، اؤزلرين ميللي فال
آدلانديرانلارين منيم دوشونجه لردن نه ضررلري اولاجاقدير کي چوخ سرت و جيدي اولاراق اونلارا قارشي دوراراق هاميني منيم اليهيمه
قوشقوردورلار؟”
Latıncası:
“bu arada mənim anladığım, amma qəbul edə bilmədiyim bir olay var, özlərini milli fəal adlandıranların
mənim düşüncələrdən nə zərərləri olacaqdır ki çox sərt və ciddi olaraq onlara qarşı duraraq hamını
mənim əleyhimə quşqurdurlar?”

Yuxarıdakı yazıda Məsud İntizar milləti və milli fəalları nə hesab edir ki, onlara belə iyrənc
“quşqurdallar” kəlməni işlədir. Hamıya məlumdur ki, nəyi quşqurdallar. Fars şövinizminin amili və milli
xaindən başqa kim millət və millətçiyə belə əhanət edə bilər?

Baybak.com sitəsinin yazılarının böyük hissəsində bu kimi təxribatlar görünməkdədir. Türkiyəni
gözdən salmaq, Azərbaycanın əlehinə yazmaq, Azərbaycan və türk qutsallarına əhanət bol-bol bu
sitədə və Məsud İntizarın dəyişik adlarla yazısında görünməkdədər.

Baybak.com müxtəlif yollarla milli fəalları tanıyıb, onları informasiyasini toplamaqdadır. Baybak.com
sitəsinə girən hər kəsin İP-si dərhal zəbt olunur, eyni zamanda bu sitəyə girdiyiniz andan
komputerinizə kooki gəlir və komputerinizdə olan butun bilgiləri baybak.com-a gondərir. Yüksək
əmniyyət sistemini hazırlamadan bu sitəyə girmək həmin bilgisayarda bütün bilgilərin
oğurlanmasına səbəb olacaqdır.

Indiyə qədər neçə dəfə müxtəlif bəhanələrlə sitəyə girənlərdən ad, familiya, doğum tarixi, adres,
cinsiyyət, təhsil, iş, harda yaşayırsınız və bu kimi informasiyalar sorqulamışdır. Soruşmaq lazımdır
ki, Məsud İntizar öz informasıyasını kimsəyə vermir, nədən siteyə girənlərdən bu informasiyaları
istəyir?

Baybak.com ana səhifəsində seksi qızların şəklini yerləşdirərək gencləri tələyə salıb zəf tutmaqla
məşğuldur. O şəkillərə tıklayan hər kəsdən bir sürü bilgilər sorulur və eləcə də şəxsin İP- si
zəbt olunur, bu bir yandan gəncləri fəsada sovq vermək məqsədilə başqa yandan isə ora girənləri
zamanında əxlaqı bir zəf kimi susdurmaq üçündür.

Baybak.com bunlardan əlavə partiya və təşkilat adları ilə də meydana çixaraq siyasi gənclərimizi
tuzaqa salmaq istəyir. Milli partiya diyə sitə də bu məqsədlə yaranmışdır.

Baybak.com sitəsi milli şəxsiyyətlərin bəzi yazılarını sitəsində yaymaqla onların etibarından
faydalanıb özünə məşruiyyət qazanmağa çalışır. Bütün qrup və şəxsiyyətlərimizin bu məsələyə diqqət
yetirmələri zəruridir ki, etibarları yalnış amaclar üçün kullanılmasın. Həmin məqsədlə baybak.com
sitəsi GAİP linkini sitəsinə yerləşdirmişdir. Biz buna kəskin etiraz edərək baybak.com-in adımızdan
su istifadə etməsini pisləyir və dərhal adımızın sitəsindən çıxarmasını istəyirik.

Sonunda elan edirik ki, GAİP bütün milli fəal və təşkilatları baybak.com təxribat çətəsinin qarşısında
müdafiə edəcəkdir.


Güney Azərbaycan İstiqlal Partiyası 19.08.2008

Hiç yorum yok: