azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

5 Eylül 2008 Cuma

Azərbaycanın Ukraynaya kapital yatırımı artır

Azərbaycanın Ukraynaya kapital yatırımı artır



Səfir Boris Klimçuk: "Sizin iş adamlarını qəbul etmək üçün mənə bir iş günü yetmir"



"Gürcüstanda baş verən hadisələr GUAM-ın inkişaf perspektivlərinə təsir etməyib". Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk keçirdiyi mətbuat konfransında bəyan edib. "GUAM yaşayır, fəaliyyət göstərir və yaxşı perspektivlərə malikdir. Gürcüstandakı hadisələrdən sonra bu təşkilatın ətrafında çoxlu iftiralar yayılır. GUAM-ın kiminsə əleyhinə işləmədiyini vurğulamaq istəyirəm. Bu təşkilat təkcə eneryi və nəqliyyat sahəsində deyil, bütövlükdə qarşılıqlı maraqlarımızın təsdiqlənməsi üçün yaradılıb" - deyə o bildirib. Səfir Rusiya tərəfinin Cənubi Osetiya ətrafında münaqişə başlanmazdan əvvəl Gürcüstana silah satmaqla bağlı Ukraynanın ünvanına irəli sürdüyü ittihamları rədd edib. "Biz silah satmırıq, onunla ticarət edirik" - deyə B.Klimçuk qeyd edib. O əlavə edib ki, Ukraynada silah ixracına olduqca sərt daxili və xarici nəzarət mövcuddur və "ölkə qanun çərçivəsindən bir santimetr də kənara çıxmır". Səfir bildirib ki, Ukrayna tərəfi Azərbaycanın Müdafiə Nazirliyinə hərbi sahədə əməkdaşlığa dair təkliflər paketi göndərib və "bu layihə qəbul olunduğu halda bu və ya gələn il gerçəkləşdirilə bilər".

O həmçinin bildirib ki, bu gün Ukraynanın bir qrup tanınmış mədəniyyət xadimi Azərbaycana gələcək. Humanitar və mədəniyyət sahəsində bir sıra planlarının olduğunu deyən səfir bildirib ki, qonaqlar xeyriyyə məqsədi ilə konserlər verəcəklər. Bakıda, Lökbatan qəsəbəsində və Sumqayıtda pulsuz konsert proqramı ilə çıxış edəcəklər.

Ukraynanın ölkəmizdəki səfiri iki ölkə arasındakı ticarət mübadiləsinə də toxunub. Onun sözlərinə görə, bu ilin ilk altı ərzində Ukrayna ilə Azərbaycan arasındakı mal dövriyyəsi 485 milyon 200 min dollar həcmində olub.

B.Klimçuk təmsil etdiyi ökənin Müstəqillik Günü ilə əlaqədar keçirdiyi mətbuat konfransında onu da bildirib ki, Ukrayna müstəqillik qazandıqdan sonra ölkə sosial-siyasi və iqtisadi sferada sürətlə inkişaf edib: "Ötən illərlə nisbətdə bu rəqəm 2 dəfə artıb. Hər iki ölkənin prezidentləri qarşıya belə bir öhdəlik qoyublar ki, bu ilin sonunadək mal dövriyyəsi 1 milyard dollar həcmində olsun. Hesab edirəm ki, bu çox real rəqəmdir". B.Klimçukun sözlərinə görə, Ukraynada öz biznesini qurmaq istəyən azərbaycanlı iş adamlarının sayı günü-gündən artır: "Bizim ölkəmizdə öz biznesini qurmaq istəyən iş adamlarını qəbul etmək üçün mənə həftənin bir iş günü yetmir. Hər həftə biz biznesini qurmaq istəyən hər iki ölkənin iş adamlarını eyni masa arxasında əyləşdiririk. Azərbaycandan Ukraynaya edilən ixracın həcmi də getdikcə artır. Bu onu göstərir ki, Azərbaycanda iqtisadiyyat sürətlə inkişaf edir". Səfirin sözlərinə görə, yaxın günlərdə ukraynalı iş adamlarının burada fəaliyyət göstərməsi üçün növbəti nümayəndə heyətini qarşılamağa hazırlaşırlar. Onlar Azərbaycanın iri sənaye şirkətləri ilə birgə iş qurmaq üçün danışıqlar aparacaqlar. İş adamları Ukrayna neft məhsullarının emalından tutmuş, süd və süd məhsullarının, həmçinin mebel istehsalınadək məşğul olmaq istəyirlər. Ukraynanın iri şəkər zavodları "Azərsunholdinq"lə iş birliyi qurmaq niyyətindədirlər: "Onlar şəkərin elit növünü istehsal etməyi planlaşdırırlar. Xüsusi ilə də qəhvəyi, sari və yelatin növlü şəkər istehsalını. Ukrayna Azərbaycanın ketçup və tomat məhsulları bazarını da təmin etmək niyyətindədir. Bu məqsədlə "Nestle" firmasının 2 iri zavodu alınıb. Bu məhsullar artıq bütün Avropa bazarında özünə layiqli yer tutub. Düşünürəm ki, son sözü Azərbaycan və Ukrayna bankirləri deyəcək".

Odesa-Brodı-Plotsk-Qdansk neft kəmərinin texniki doldurulması ilə bağlı sualı cavablandıran diplomat bildirib ki, Azərbaycan bu məsələ ilə bağlı bütün öhdəlikləri yerinə yetirib, Ukrayna bu məsələni sentyabrın əvvəlinə kimi bitirməli olsa da, işi başa çatdırmayıb. Ölkələrimizin regionları arasında əməkdaşlığa toxunan B.Klimçukun sözlərinə görə, yaxın zamanlarda Bakı ilə Dnepropetrovsk, Qaradağ rayonu ilə Odessa vilayətinin İliçevsk şəhəri, Gəncə ilə Volın vilayətləri arasında dostluq və əməkdaşlıq haqqında müqavilələr imzalanacaq.



KAMRAN
kaspi

Hiç yorum yok: