ORTADA QALAN AZƏRBAYCAN
Burada “orta” coğrafi deyil, mənəvi anlayışdır
Mollanın məhşur lətifəsindəki kimi deyəsən son Qafqaz davası bizim yorğanın, yəni Qarabağın başında tamam olacaq.
Sovet İttifaqının dağılması ilə avrasiya məkanında yeni global situasiya yarandı və NATO Ukrayna, Moldova, Cənubi Qafqaz və Türküstanı (Orta Asiya) əhatə edən qonşuluq konsepsiyasını irəli sürdü. Adı çəkilən regionların yeni müstəqil dövlətlərinin NATO tərəfindən müxtəlif əməkdaşlıq proqramlarına cəlb olunmaları avroatlantik məkanın Çinin sərhədlərinə gədər uzanacağının göstəricisi idi. Lakin bəzi NATO ölkələrinin bu genişlənməyə ehtiyatlı yanaşması, postsovet dövlətlərinin kommunist məfkurəsindən uzaqlaşa bilməməsi bu prosesi ləngitdi. 11 sentyabr hadisəsindən sonra ABŞ birtərəfli olaraq, Özbəkistanda, Qırğızıstanda hərbi bazalar yaratsa da, bu, NATO-nun genişlənmə proqramından kənara çıxan lokal və müvəqqəti addımlar idi.
Bu zaman ərzində Rusiyanın gündən-günə aktivləşən, aqressivləşən siyasətinin şahidi olduq. Yavaş-yavaş özünə gələn Rusiya postsovet respublikalarında itirilmiş mövqelərini addım-addım bərpa etməyə başladı. Rusiyanın bugünkü aqressiv, işğalçı siyasətinin işartıları Putinin ilk hərəkətlərindən görünürdü. Amma o, Çeçenistana qoşun yeritməyə bəhanə olsun deyə, Rusiyanın müxtəlif şəhərlərində partlayışlar törədib, minlərlə günahsız vətəndaşının ölümünə səbəb olanda və bu vəhşiliyi Çeçenistan rəhbərliyinin adına yazanda hamı susdu, o, Çeçenistanı, paytaxt Qroznını yerlə bir edəndə hamı susdu, Çeçenistanın seçilmiş 3 prezidentini qətlə yetirəndə hamı susdu, adını “sülhməramlı” qoyub, Abxaziyaya, Cənubi Osetiyaya ordu yeridəndə hamı susdu… Bugünkü kobud işğal bu sadaladıqlarımızın məntiqi davamıdır. Yeni heç nə baş verməyib. İndi niyə təcüblənirik?
Zənnimcə Dostoyevski deyib ki, Allah Rusiyanı ibrət üçün yaradıb. Yəni bütün dünya “pisin” necə olduğunu görsün və çalışsın belə olmasın.
I Pyotrdan bu yana bu “pis”, dünyaya meydan oxuya-oxuya yoluna davam edir və qarşısına nə çıxırsa məhv edir. Az-çox kitab, qəzet oxuyan hər kəs bunları bilir. Əsrlərdir çarlar dəyişir, rejimlər dəyişir, dövlətin adı dəyişir, amma rus imperializminin xarakteri və mahiyyəti dəyişməz olaraq qalır. Heç bir vicdanlı politoloq Çar Rusiyası, SSRİ və RF-nın velikorus işğalçı siyasətində mahiyyət fərqinin olduğunu söyləyə bilməz.
08 avqust 2008-ci il Rusiyanın əsrlərdən gələn işğalçı siyasətinə “dur!” deyilən gündür. Bu “dur!”u qonşu gürcü xalqı dedi. Uzun illərdən bəri Qafqaz uğrunda gedən gizli savaş bu tarixdən açıq müstəviyə keçdi. Yeni Qafqaz savaşı başlamış oldu. Biz, Azərbaycan Respublikası olaraq, bu savaşa hazırıqmı? Savaşda iştirak edən tərəflər bir yana dursun, biz özümüz bu savaşdakı yerimizi və mövqeyimizi bilirikmi? Dəhşətli, böyük güclərin savaşında tərəf, iştirakçı olmaq deyil, ən dəhşətlisi bu savaşda tərəfdə yox, ortada qalmaqdır. Bu gün Azərbaycan ortadadır. Ortada qalanın aqibətini də bilirsiniz, adətən bütün zərbələr ona dəyir.
Bizim “müdrik” iqtidar tərəf saxlamağa, tərəf olmağa cürət etmədiyinə görə bu şərəfsizliyi “balanslaşdırılmış” siyasət adı altında tərəfsizlik kimi qələmə verməyə çalışdığı bir zamanda, o “balans”lardan biri olan Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyır və prezidentinin diliylə Azərbaycanı nəzərdə tutaraq, “qoy başqaları özləri üçün nəticə çıxarsınlar” deyir. Rusiyanın açıq təhdidini bir az da açsaq bu, belə səslənər - “Azərbaycan sabah Qarabağı azad etmək fikrinə düşsə, onun da bütün şəhərlərini bombalayıb DQR-nın müstəqilliyini tanıyacağıq”. Beləliklə, Rusiya artıq diplomatiyadan ultimatuma keçib, qonşuları ilə ultimativ tonda danışır.
Gürcüstan bu zorakılığa ABŞ başda olmaqla NATO ölkələrini, AB-ni yanına alaraq qarşılıq verməyə çalışır. Bəs biz Rus imperiyasının önünə nə ilə çıxacağıq - dövlət adlanan feodal tayfa rejimi, korrupsiyanın yeyib-tükətdiyi silahlı qüvvələr, yoxsa avtoşlar və manıslar ordusu ilə? Müsavat Partiyası da yaydığı bəyənatda tənbəllik etməyərək bu rejimdən “…daha dəqiq siyasət yeritməyi, xarici siyasətdə Avro-Atlantik məkana, ilk növbədə NATO-ya inteqrasiya istiqamətində birmənalı və aydın addımlar atmağı tələb edir”… İnanaq ki, bu bəyənatdan sonra iqtidarımız öz siyasətini kökündən dəyişəcək, Ramiz Mehdiyev isə Abbasqulu Ağa Bakıxanov kimi rusun orden-medallarından imtina edəcək? Etməyəcək axı!
“Qırmızı” bütü “yaşıl” bütə dəyişmiş Azərbaycan iqtidarı səltənətini qoruyub-saxlamaq naminə öz dövlətini də, xalqını da Rusiyaya qurban verməyə hazırdır. Təki onların tayfa maraqlarına toxunulmasın. Hadisələrin bu yöndə inkişaf etməməsi isə artıq xalqın öz taleyinə sahib çıxmasından asılıdır.
Azərbaycanda və Ermənistanda rejimlərin dəyişməsi, NATO standartlarına uyğun gələn siyasi qüvvələrin iqtidara gəlməsi zərurətdir. Avroatlantik məkanın müəyyən siyasi-hüquqi-mənəvi minimum normaları var ki, bu iki dövlətin indiki iqtidarları heç cür bu normalara uyğun gəlmirlər. Orta əsr məfkurəli, təpədən-dırnağa qədər korrupsioner tayfa rejimi NATO-nun tərəf-müqabili ola bilməz. Olmayacaq. Mən Qərb ölkələrinin , qərb insanının mələk olduğunu demək istəmirəm. Bu ölkələrdə də, yaşadığım İsveçdə də korrupsiya halları da var, kral da. Amma bu ölkələrdə korrupsiya dövlət siyasətinə çevrilməmişdir, kral isə öz vətəndaşları ilə eyni hüquqlara malikdir. Onlar bizi öz təşkilatlarına, birliklərinə qəbul etməyə də həvəsli deyillər. Sadəcə, bizə, daha doğrusu bizim resurslara ehtiyacları var. Onların bu ehtiyacından nə dərəcədə səmərəli istifadə edə biləcəyimiz isə artıq bizdən asılıdır.
Avroatlantik məkana yaxınlaşmaq Cənubi Qafqaz üçün avtomatik işıqlı gələcək demək deyil. Bu, sadəcə, nisbi azadlıq, nisbi sabitlik, nisbi demokratiya, nisbi firavanlıq deməkdir. Tam azadlığı, tam sabitliyi, tam demokratiyanı və tam firavanlığı isə heç kimə ümid olmadan illər uzunu addım-addım qurub-yaratmaq lazımdır. Avroatlantik məkan bu yolu üzümüzə açmış olacaq. Bu yolu getmək isə bizim vəzifəmizdir.
Şanxay Əməkdaşlıq Təşkilatının Düşənbədə keçirilən son toplantısı Türküstan respublikalarının hələ bir müddət rusun ətəyindən yapışacaqlarını bir daha nümayiş etdirdi. Amma NATO Ukrayna və Cənubi Qafqaza ən yaxın zamanda gələcək. Və bu gəlişin forması heç də alışdığımız NATO prinsipləri əsasında olmayacaq. Rusiyanın son hərəkətləri, ərazisində milli münaqişələr olan, başqa dövlətlərin hərbi bazaları yerləşən dövlətləri öz sıralarına qəbul etməmək kimi NATO prinsiplərinin artıq köhnəldiyini, məhz bu prinsiplərin Rusiyaya bu dövlətlərdə münaqişə ocaqları yaratmaq, bu dövlətlərdəki hərbi bazalarını mümkün qədər qoruyub saxlamaq üçün stimul verdiyini göstərdi. Belə çıxır ki, NATO Rusiyanın öz qonşularının başına gətirdiyi oyunlara görə məsuliyyət daşıyır. İnanmaq istəyirəm ki, bunu artıq NATO rəhbərliyi də anlayır. NATO öz siyasətinə yenidən baxmasa Moldova, Ukrayna və Cənubi Qafqaz dövlətləri Rusiyanın yaratdığı süni problemlərdən heç vaxt qurtula bilməyəcəklər.
Mübariz S. Əzimli
Stokholm, İsveç
30.08.2008
mubariz.azimli@gmail.com
www.musavatisvec.com
اورتادا قالان آذربایجانجان
بورادا “اورتا” جوغرافی دئییل، منوی آنلاییشدیر
موللانین مهشور لتیفهسیندکی کیمی دئیهسن سون قافقاز داواسی بیزیم یورغانین، یعنی قاراباغین باشیندا تامام اولاجاق.
سووئت اتفاقینین داغیلماسی ایله آوراسیا مکانیندا یئنی گلوبال سیتواسیا یاراندی و ناتو اوکراینا، مولدووا، جنوبی قافقاز و تورکوستانی (اورتا آسیا) اهاته ائدن قونشولوق کونسئپسیاسینی ایرهلی سوردو. آدی چکیلن رئگیونلارین یئنی موستقیل دؤولتلرینین ناتو طرفیندن موختلیف امکداشلیق پروقراملارینا جلب اولونمالاری آورواتلانتیک مکانین چینین سرحدلرینه گدر اوزاناجاغینین گؤستریجیسی ایدی. لاکین بعضی ناتو اؤلکهلرینین بو گئنیشلنمهیه احتیاطلی یاناشماسی، پوستسووئت دؤولتلرینین کوممونیست مفکورهسیندن اوزاقلاشا بیلممهسی بو پروسئسی لنگیتدی. 11 سئنتیابر حادثهسیندن سونرا آبش بیرترفلی اولاراق، اؤزبکیستاندا، قیرغیزیستاندا حربی بازالار یاراتسا دا، بو، ناتو-نون گئنیشلنمه پروقرامیندان کنارا چیخان لوکال و مووققتی آددیملار ایدی.
بو زامان عرضینده روسیانین گوندن-گونه آکتیولشن، آقرئسسیولشن سیاستینین شاهیدی اولدوق. یاواش-یاواش اؤزونه گلن روسیا پوستسووئت رئسپوبلیکالاریندا ایتیریلمیش مؤوقئلرینی آددیم-آددیم برپا ائتمهیه باشلادی. روسیانین بوگونکو آقرئسسیو، ایشغالچی سیاستینین ایشارتیلاری پوتینین ایلک حرکتلریندن گؤرونوردو. اما او، چئچئنیستانا قوشون یئریتمهیه بهانه اولسون دئیه، روسیانین موختلیف شهرلرینده پارتلاییشلار تؤردیب، مینلرله گوناهسیز وطنداشینین اؤلومونه سبب اولاندا و بو وحشیلیگی چئچئنیستان رهبرلیگینین آدینا یازاندا هامی سوسدو، او، چئچئنیستانی، پایتاخت قروزنینی یئرله بیر ائدنده هامی سوسدو، چئچئنیستانین سئچیلمیش 3 پرئزیدئنتینی قتله یئتیرنده هامی سوسدو، آدینی “سولهمراملی” قویوب، آبخازیایا، جنوبی اوسئتیایا اوردو یئریدنده هامی سوسدو… بوگونکو کوبود ایشغال بو سادالادیقلاریمیزین منتیقی داوامیدیر. یئنی هئچ نه باش وئرمهییب. ایندی نیه تجوبلنیریک؟
زننیمجه دوستویئوسکی دئییب کی، الله روسیانی ایبرت اوچون یارادیب. یعنی بوتون دونیا “پیسین” نئجه اولدوغونو گؤرسون و چالیشسین بئله اولماسین.
I پیوتردان بو یانا بو “پیس”، دونیایا میدان اوخویا-اوخویا یولونا داوام ائدیر و قارشیسینا نه چیخیرسا مهو ائدیر. آز-چوخ کیتاب، قزئت اوخویان هر کس بونلاری بیلیر. عصرلردیر چارلار دییشیر، رئژیملر دییشیر، دؤولتین آدی دییشیر، اما روس ایمپئریالیزمینین کاراکتئری و ماهیتی دییشمز اولاراق قالیر. هئچ بیر ویجدانلی پولیتولوق چار روسیاسی، سسری و رف-نین وئلیکوروس ایشغالچی سیاستینده ماهیت فرقینین اولدوغونو سؤیلهیه بیلمز.
08 آوقوست 2008-جی ایل روسیانین عصرلردن گلن ایشغالچی سیاستینه “دور!” دئییلن گوندور. بو “دور!”او قونشو گورجو خالقی دئدی. اوزون ایللردن بری قافقاز اوغروندا گئدن گیزلی ساواش بو تاریخدن آچیق موستوییه کئچدی. یئنی قافقاز ساواشی باشلامیش اولدو. بیز، آذربایجان رئسپوبلیکاسی اولاراق، بو ساواشا هازیریقمی؟ ساواشدا ایشتیراک ائدن طرفلر بیر یانا دورسون، بیز اؤزوموز بو ساواشداکی یئریمیزی و مؤوقئییمیزی بیلیریکمی؟ دهشتلی، بؤیوک گوجلرین ساواشیندا طرف، ایشتیراکچی اولماق دئییل، ان دهشتلیسی بو ساواشدا طرفده یوخ، اورتادا قالماقدیر. بو گون آذربایجان اورتادادیر. اورتادا قالانین آقیبتینی ده بیلیرسینیز، عادتن بوتون زربهلر اونا دییر.
بیزیم “مودریک” اقتدار طرف ساخلاماغا، طرف اولماغا جورت ائتمدیگینه گؤره بو شرفسیزلیگی “بالانسلاشدیریلمیش” سیاست آدی آلتیندا طرفسیزلیک کیمی قلمه وئرمهیه چالیشدیغی بیر زاماندا، او “بالانس”لاردان بیری اولان روسیا آبخازیا و جنوبی اوسئتیانین موستقیللیگینی تانیییر و پرئزیدئنتینین دیلیله آذربایجانی نظرده توتاراق، “قوی باشقالاری اؤزلری اوچون نتیجه چیخارسینلار” دئییر. روسیانین آچیق تهدیدینی بیر آز دا آچساق بو، بئله سسلنر - “آذربایجان ساباه قاراباغی آزاد ائتمک فیکرینه دوشسه، اونون دا بوتون شهرلرینی بومبالاییب دقر-نین موستقیللیگینی تانییاجاغیق”. بئلهلیکله، روسیا آرتیق دیپلوماتیادان اولتیماتوما کئچیب، قونشولاری ایله اولتیماتیو توندا دانیشیر.
گورجوستان بو زوراکیلیغا آبش باشدا اولماقلا ناتو اؤلکهلرینی، آب-نی یعنینا آلاراق قارشیلیق وئرمهیه چالیشیر. بس بیز روس ایمپئریاسینین اؤنونه نه ایله چیخاجاغیق - دؤولت آدلانان فئودال طایفه رئژیمی، کورروپسیانین یئییب-توکتدیگی سلاحلی قوهلر، یوخسا آوتوشلار و مانیسلار اوردوسو ایله؟ موساوات پارتیاسی دا یایدیغی بیناتدا تنبللیک ائتمهیهرک بو رئژیمدن “…داها دقیق سیاست یئریتمیی، خاریجی سیاستده آورو-آتلانتیک مکانا، ایلک نؤوبهده ناتو-یا اینتئقراسیا ایستیقامتینده بیرمنالی و آیدین آددیملار آتماغی طلب ائدیر”… ایناناق کی، بو بیناتدان سونرا اقتداریمیز اؤز سیاستینی کؤکوندن دییشهجک، رامیز مئهدیئو ایسه آبباسقولو آغا باکیخانوو کیمی روسون اوردئن-مئداللاریندان ایمتینا ائدهجک؟ ائتمهیهجک آخی!
“قیرمیزی” بوتو “یاشیل” بوته دییشمیش آذربایجان اقتداری سلطنتینی قورویوب-ساخلاماق نامینه اؤز دؤولتینی ده، خالقینی دا روسیایا قوربان وئرمهیه حاضردیر. تکی اونلارین طایفه ماراقلارینا توخونولماسین. حادثهلرین بو یؤنده اینکیشاف ائتممهسی ایسه آرتیق خالقین اؤز تالئیینه صاحب چیخماسیندان آسیلیدیر.
آذربایجاندا و ائرمنیستاندا رئژیملرین دییشمهسی، ناتو ایستاندارتلارینا اویغون گلن سیاسی قوهلرین اقتدارا گلمهسی صرورتدیر. آورواتلانتیک مکانین مویین سیاسی-حقوقی-منوی مینیموم نورمالاری وار کی، بو ایکی دؤولتین ایندیکی اقتدارلاری هئچ جور بو نورمالارا اویغون گلمیرلر. اورتا عصر مفکورهلی، تپهدن-دیرناغا قدر کورروپسیونئر طایفه رئژیمی ناتو-نون طرف-موقابیلی اولا بیلمز. اولمایاجاق. من قرب اؤلکهلرینین ، قرب اینسانینین ملک اولدوغونو دئمک ایستمیرم. بو اؤلکهلرده ده، یاشادیغیم ایسوئچده ده کورروپسیا حاللاری دا وار، کرال دا. اما بو اؤلکهلرده کورروپسیا دؤولت سیاستینه چئوریلممیشدیر، کرال ایسه اؤز وطنداشلاری ایله عینی حقوقلارا مالیکدیر. اونلار بیزی اؤز تشکیلاتلارینا، بیرلیکلرینه قبول ائتمهیه ده هوسلی دئییللر. سادهجه، بیزه، داها دوغروسو بیزیم رئسورسلارا احتیاجلاری وار. اونلارین بو احتیاجیندان نه درجهده سمرهلی ایستیفاده ائده بیلجییمیز ایسه آرتیق بیزدن آسیلیدیر.
آورواتلانتیک مکانا یاخینلاشماق جنوبی قافقاز اوچون آوتوماتیک ایشیقلی گلهجک دئمک دئییل. بو، سادهجه، نیسبی آزادلیق، نیسبی ثابتلیک، نیسبی دئموکراتیا، نیسبی فیراوانلیق دئمکدیر. تام آزادلیغی، تام ثابتلیگی، تام دئموکراتیانی و تام فیراوانلیغی ایسه هئچ کیمه اومید اولمادان ایللر اوزونو آددیم-آددیم قوروب-یاراتماق لازیمدیر. آورواتلانتیک مکان بو یولو اوزوموزه آچمیش اولاجاق. بو یولو گئتمک ایسه بیزیم وظیفهمیزدیر.
شانخای امکداشلیق تشکیلاتینین دوشنبهده کئچیریلن سون توپلانتیسی تورکوستان رئسپوبلیکالارینین هله بیر مدت روسون اتییندن یاپیشاجاقلارینی بیر داها نوماییش ائتدیردی. اما ناتو اوکراینا و جنوبی قافقازا ان یاخین زاماندا گلهجک. و بو گلیشین فورماسی هئچ ده آلیشدیغیمیز ناتو پرینسیپلری اساسیندا اولمایاجاق. روسیانین سون حرکتلری، اراضیسینده میللی موناقیشهلر اولان، باشقا دؤولتلرین حربی بازالاری یئرلشن دؤولتلری اؤز سیرالارینا قبول ائتممک کیمی ناتو پرینسیپلرینین آرتیق کؤهنلدیگینی، محض بو پرینسیپلرین روسیایا بو دؤولتلرده موناقیشه اوجاقلاری یاراتماق، بو دؤولتلردکی حربی بازالارینی مومکون قدر قورویوب ساخلاماق اوچون ایستیمول وئردیگینی گؤستردی. بئله چیخیر کی، ناتو روسیانین اؤز قونشولارینین باشینا گتیردیگی اویونلارا گؤره مسولیت داشیییر. اینانماق ایستییرم کی، بونو آرتیق ناتو رهبرلیگی ده آنلاییر. ناتو اؤز سیاستینه یئنیدن باخماسا مولدووا، اوکراینا و جنوبی قافقاز دؤولتلری روسیانین یاراتدیغی سونی پروبلئملردن هئچ واخت قورتولا بیلمهیهجکلر.
موباریز س. ازیملی
ایستوکهولم، ایسوئچ
30.08.2008
azadtribun
1 Eylül 2008 Pazartesi
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder