azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

1 Eylül 2008 Pazartesi

İranın Təhsilə Nəzarət Komitəsi İbrahim Rəşidi ömürlük təhsildən məhrum edib

İranın Təhsilə Nəzarət Komitəsi İbrahim Rəşidi ömürlük təhsildən məhrum edib



İranda son bir neçə həftədə həbs olunmuş milli fəallara - Mənsur Əminian, Maqsud Əhdi, Aydın Xaceyi, Əmir Mərdani, Fəraz Zehtab, Səccad Radmehr, Dariyuş Hatəmi (əsgərlikdədir) və Zəncan Universitetinin tələbələri Bəhram Vahidilə Surna Haşimiyə təcridxanalarda ağır psixi və fiziki işgəncələr verildiyi bildirilir.

"ETTELAAT" əməkdaşları həbsdə saxladığı Səccad Radmehrin anasına zəng edərək onu hədələyiblər. Bu arada milli fəal İbrahim Rəşidi İranın Təhsilə Nəzarət Komitəsinin rəyi əsasında ömürlük təhsildən məhrum edilib. Halbuki soydaşımız ali təhsilini davam etdirmək üçün bütün imtahanlarını vermiş və sənədlərini Urmiya Universitetinə təqdim etmişdi.

Xatırladaq ki, İbrahim Rəşidi Güney Azərbaycan türklərinin milli haqları uğrunda mübarizə aparan ən fəal insanlardan biridir. O, "Azərtopraq", Evrin" Qeyri-Hökümət Təşkilatının təsisçisi, Urmiya Universitetində fəaliyyət göstərən Şəhriyar adına ədəbi dərnəyin rəhbəri, "Ulduz", "Bulud", "Baxış" və "Oyanış" dərgilərinin redaktoru və yazarlarından biridir.

Urmiya Universitetinin mexanika mühəndisliyi fakültəsinin məzunu olan İbrahim Rəşidi dəfələrlə milli fəaliyyətinə görə həbs edilərək Tehran şəhərindəki "Evin" həbsxanasında, "ETTELAAT"ın Urmiya, Əhər və Ərdəbil təcridxanalarında ağır işgəncə və təzyiqlərə məruz qalıb. Hazırda 5 aylıq qanunsuz həbs cəzasını çəkmək üçün Urmiya şəhər həbsxanasında saxlanılır.

Hiç yorum yok: