NAZİR HOLLİVUDDAKI İRANLI AKTRİSALARDAN DANIŞIB
Məhəmmədhüseyn Səffar Hərəndi
İranın islami irşad və mədəniyyət naziri Məhəmmədhüseyn Səffar Hərəndi Hollivudda işə düzələn iranlı aktrisaların İranda fəaliyyət göstərə bilib-bilməyəcəyi haqda suala cavab verərkən deyib: «Bizim işimizdə bir prinsip var. O da budur ki, kimsə ayağını qanundan qırağa qoymamalıdır. Qanunu ayaq altında qoyanlar özləri ayaq altında qalacaqlar».
Bir neçə ay əvvəl iranlı aktrisalar Gülşiftə Fərahani və Mitra Həccar İrana qayıtmamaq barədə qərarlarını açıqlayıblar.
G.Fərahani kinorejissoru Ridli Skottun «Yalanlar məcmuəsi» adlı filminə çəkildikdən sonra Hollivud rejissorlarından çoxlu təklif alıb. M.Həccar Hollivudda kinorejissor Qabriel Skottun filmlərindən birinə çəkildikdən sonra bir daha ölkəyə qayıtmayacağını bəyan edib.
«Media forum»
20 Ekim 2008 Pazartesi
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder