Rusiya İrana qarşı yeni sanksiyaya qarşıdır
Rusiya İranın nüvə probleminin həll edilməsi ilə bağlı dialoqun tərəfdarıdır. Şimal qonşumuz İrana qarşı yeni beynəlxalq sanksiyanın tətbiqinə qarşıdır. Rusiyanıvn xarici işlər nazirinin müavini Sergey Ryakov bildirib ki, bu ölkəyə qarşı sanksiyanın tədbiqinin heç bir nəticəsi yoxdur. Rusiya hesab edir ki, paket təklifləri çərçivəsində dialoq çox önəmlidir. «Cənab Calilinin Solaneyə bu günlərdə ünvanladığı məktub göstərir ki, Tehran bu sferada danışıqlarda maraqlıdır»
-----------------------------------------------------------------------
Türkiyə PKK-nın İraqın Qəndil dağındakı bazalarını bombardman edib
Ankara – APA. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr PKK terror təşkilatının İraqın Qəndil dağındakı bazalarını bombardman ediblər. APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı İraqın şimalında, Qəndil dağı bölgəsində müəyyənləşdirilən PKK hədəflərinə zərbələr endirildiyini açıqlayıb. Açıqlamada əməliyyatın uğurlu keçdiyi və bölgədəki dinc əhalinin zərər çəkmədiyi bildirilib.
20 Ekim 2008 Pazartesi
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder