Vaşinqtonla Tehran dil tapacaqmı?
"ABŞ və İran nümayəndələri müəyyən şərtlərlə ikitərəfli problemlərin həlli üçün görüşmək istəyirlər, lakin bu ölkələrin əməkdaşlığa baxışları fərqlidir. Bu da onlara razılığa gəlməyə imkan verməyəcək". Bu sözləri İran üzrə amerikalı ekspert Patrik Klauson bildirib. Bəlli olduğu kimi, İran ilə ABŞ arasında münasibətlər 1979-cu ildə baş verən islam inqilabından sonra pozulub. "ABC News"un verdiyi xəbərə görə, ABŞ dövlət katibi Kondoliza Rays bildirib ki, İran uranın zənginləşdirməsini dayandırarsa, ABŞ hər zaman onunla danışıqlar masası arxasına oturmağa hazırdır. Amerika məmurları İranın nüvə proqramının reallaşdırılmasını dayandıracağı təqdirdə, danışıqlara başlamağa hazır olduqlarını dəfələrlə bildiriblər. Lakin məhz indi İranın danışıqlar prosesinə münasibəti dəyişib. İranın beynəlxalq məsələlər üzrə müstəqil eksperti Cəfər Məhəmmədi bildirib ki, hələ Xatəminin hakimiyyəti dövründə mətbuatda bu ölkələr arasında qarşılıqlı münasibətlər barədə yazmaq qadağan olunmuşdu. İkitərəfli əməkdaşlıqdan isə ümumiyyətlə, söhbət gedə bilməzdi. "Mahmud Əhmədineyad İran ilə ABŞ arasında münasibətlərin dayandırıldığı vaxtdan bəri əməkdaşlığa dair təkliflə amerikalı həmkarına müraciət edən ilk İran prezidentidir" - deyə Məhəmmədi bildirib. İran prezidenti və ölkənin xarici işlər naziri cari ilin iyulunda Vaşinqton ilə bilavasitə əməkdaşlığa hazır olduqları barədə bəyanat veriblər.
Azər NURİYEV
kaspi
25 Ekim 2008 Cumartesi
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder