"Qarabağ - dünən, bu gün və sabah"
Yeni kitabın təqdimatı keçirilib
Ötən gün Qarabağ Azadlıq Təşkilatı (QAT) "Qarabağ - dünən, bu gün və sabah" adlı elmi nəşrinin təqdimat mərasimini keçirib. Qeyd edək ki, kitabın materiallarının prezident yanında QHT-lərə Dəstək Şurasının maliyyə yardımı ilə ingilis, rus dillərində nəşri və internet səhifələrində yerləşdirilməsi nəzərdə tutulur.
Təşkilatın üzvü, tarix elmləri namizədi Firdovsiyyə Əhmədova nəşr haqqında danışaraq bildirib ki, burada Ermənistanın ərazi iddiaları və onun birbaşa təcavüzü nəticəsində yaranmış Ermənistan-Azərbaycan müharibəsinin müxtəlif cəhətlərinə həsr olunan materiallar dərc edilib: "Elmi nəşrin çap olunmasında QAT-ın məqsədi Ermənistan-Azərbaycan münaqişəsinin kökləri və həlli perspektivləri haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir. Eyni zamanda ölkəmizin bu taleyüklü problemə dair ədalətli və reallığa uyğun ümumi mövqe formalaşdırmağı beynəlxalq aləmə göstərməkdir. QAT sədri Akif Nağı sözügedən elmi nəşr haqqında fikirlərini söyləyib. Onun sözlərinə görə topluda bir çox üstünlüklər var: "Bildirmək istəyirəm ki, Ermənistanda indiyədək bu yönlü konfranslar təşkil olunmayıb. Biz isə hər dəfə nəşrlərimizi bir sıra dövlət qurumlarına, Xarici İşlər Nazirliyinə təqdim etsək də, heç vaxt xarici ölkələrdə onun təqdimatını keçirməyiblər. Bu isə təəssüf doğuran bir haldır. Bu kitabın elmi metodik vəsait kimi tanınması üçün Ali Attestasiya Komissiyasına müraciət edəcəyik". QAT Ağsaqqallar Şurasının sədri Asif Məmmədov isə xarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpusların rəhbərlərini Qarabağ mövzusunda passiv mövqe tutmaqda ittiham edib. Onun bildirdiyinə görə diplomatik korpusların rəhbərləri xarici ölkələrdə yalnız şəxsi bizneslərini qurmaqla məşğuldurlar.
Anar
sherg
22 Ekim 2008 Çarşamba
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder