ABŞ «SEPAHA»a QARŞI YENİ SANKSİYALAR TƏTBİQ EDİB
ABŞ hökuməti oktyabrın 23-də İran İnqilab Keşikçiləri Korpusuna («Sepah») yeni sanksiyalar tətbiq edib.
2007-ci il sentyabrın 25-də Konqresin Nümayəndələr Palatası «Sepah»ın adını terrorçu təşkilatlar siyahısına salandan sonra ABŞ hökuməti bu qurumla iqtisadi və ticari əlaqələrə girən hər hansı müəssisə və ya təşkilata sanyksiyalar tətbiq edəcəyini bildirimişdi. Hökumət xarici dövlət və bankları kapitallarını İran banklarından çıxarmağa təşviq edərək «Sepah»ın və onun üzvlərinin ABŞ-dakı bütün bank hesablarını dondurmuşdu.
«Media forum» saytının məlumatına görə, ABŞ hökuməti kütləvi qırğın silahlarının və raket texnologiyasının qanunsuz alış-verişi ilə məşğul olduğuna görə «Sepah»a yeni sanksiyalar tətbiq etdiyini bildirib.
Yeni qərara əsasən, sanksiyalar Çin, Cənubi Koreya, Şimali Koreya, Suriya, Rusiya, Sudan və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərərək «Sepah»la əməkdaşlıq edən 12 özəl və hərbi şirkətə də şamil olunacaq.
125 min hərbi qüvvəsi olan İran İnqilab Keşikçiləri Korpusu İranın ən güclü hərbi hissələrindən biridir. «Sepah» ölkə iqtisadiyyatının ən mühüm sahələrində də fəaliyyət göstərir.
«Media forum»
25 Ekim 2008 Cumartesi
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder