ABŞ və İran nümayəndələri Vaşinqtonda görüşüblər
İranın parlament mənbələrindən bildiriblər ki, bu ölkənin parlamentinin bir qrup təmsilçisi Beynəlxalq Valyuta Fondunun islası çərçivəsində ABŞ parlamentariləri ilə danışıqlar aparıblar.
TrendNews- dən verilən məlumata görə, Sumee Səra bölgəsinin deputatı Məhəmməd Kazım Delxoş bildirib ki, İran nümayəndələri bu görüşdə İsrail istisna olmaqla, bütün ölkələrlə müzakirələrə hazır olduqlarını qeyd ediblər.
O deyib: “Əlverişli şərait yarandığı və ABŞ- ın İranın daxılı işlərinə qarışmadığı təqdirdə, bu ölkə nümayəndələri ilə danışıqlara başlamaq olar”.
Bu, son 30 ildə ilk dəfədir ki, iki ölkənin parlamentariləri bu səviyyədə görüş keçiriblər.
İran- ABŞ əlaqələri 1979- cu ildə İranda inqilab baş verdikdən sonra Amerikanın Tehrandakı səfirliyi ələ keçirilməklə kəsilmişdir.
İki ölkə ötən 30 ildə dəfələrlə bir- birini mənafelərinə toxunmaqda ittiham ediblər.
Delxoş, həmçinin öz açıqlamalarında bildirib ki, amerikalı parlament nümayəndələri yeddinci parlament dövründə İranın sabiq Məclisinin sədri Qulam Əli Həddada məktub yazaraq iranlı parlamentarilərlə görüşmək niyyətində olduqlarını bildirmişlər-həmin məclisin vaxtının başa çatmasından və səkkizinci məclis fəaliyyətə başladıqdan sonra ifşa olunan rəsmi müraciət.
O, ABŞ nümayəndələri ilə bu danışıqların davam etdirilib- etdirilməyəcəyini bildirməyib.
İranın Mühafizəkarlarına aid olduğu bildirilən “İran dövrü” saytı bazar günü sözü gedən müzakirələrin aparıldığını təsdiq edərək, qeyd edib ki, bu görüşdə İslam Şurası Məclisinin üç nümayəndəsi iştirak edib.
Bu üç parlamentaridən heç birinin adı media tərəfindən aaçıqlanmır.
Sözü gedən sayt, eyni zamanda əlavə edib ki “Tezliklə ABŞ nümayəndələrinin İranla danışıqlar aparmaq üçün rəsmi müraciəti parlament sədri Laricaniyə təqdim ediləcək”.
Əvvəllər, Əli Laricani amerikalı parlamentarilərin İran Məclisi deputatları ilə görüşmək arzusunda olduqlarını bildirmişdi.
İki ölkə parlamentləri arasındakı bu istəklər bildirilərkən İran prezidenti Mahmud Əhmədi Nejad dəfələrlə ABŞ prezidenti Corc Buş və bu ölkənin prezidentliyə namizədləri ilə debatların keçirilməsini istəyib. Lakin bu çağırışlar ABŞ rəhbərliyi tərəfindən cavabsız qoyulub.
İran İslam Respublikasında Əli Xameneyi ali rəhbər olaraq ölkənin bütün məsələlərində yekun qərarı verir. İranın xarici siyasət məsələsində də cənab Xameneyi son söz sahibidir. trend
20 Ekim 2008 Pazartesi
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder