azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

20 Ekim 2008 Pazartesi

Rusiya Azərbaycan və İranla enerji şəbəkələrinin sinxronlaşdırılması layihəsinin icrasını ləngidir

Rusiya Azərbaycan və İranla enerji şəbəkələrinin sinxronlaşdırılması layihəsinin icrasını ləngidir


Bakı. Rəşad Süleymanov – APA-ECONOMICS. Rusiya, Azərbaycan və İran enerji şəbəkələrinin sinxronlaşdırılması layihəsinin bu günədək reallaşmaması Rusiya tərəfində zəruri işlərin ləng aparılması ilə əlaqədardır. «APA-ECONOMICS»in məlumatına görə, bunu «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.
«Rusiya ilə Azərbaycanı birləşdirən ikinci 330 kV-luq Yaşma-Dərbənd xəttinin tikilməsi nəzərdə tutulur. Bizim tərəfdən heç bir problem yoxdur və tikintiyə başlaya bilərik. Artıq birinci Yaşma-Dərbənd xəttinin Xaçmaza giriş-çıxışını təmin edib, 330 kV-luq yarımstansiyasını tikirik. Amma Rusiyadan bununla bağlı hələ ki, razılıq almamışıq», - deyə E.Pirverdiyev vurğulayıb.
«Azərenerji» rəhbərinin sözlərinə görə, digər tərəf olan İranla Azərbaycan arasında da layihə ilə bağlı heç bir problem yoxdur. Hər iki ölkənin enerji sistemlərini birləşdirən xətlər və yarımstansiyalar tikilir və bu işlər gələn il başa çatacaq.
Qeyd edək ki, enerji sistemlərinin sinxronlaşdırılması layihəsinin reallaşması 2012-ci ilə qədər çəkə bilər. Rusiya tərəfi sözügedən layihənin texniki-iqtisadi əsaslandırmasını 2010-cu ilin sonunadək hazırlayıb başa çatdırmağı planlaşdırır. apa

Hiç yorum yok: