azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

20 Ekim 2008 Pazartesi

TEHRANDA DAHA BİR QADIN HÜQUQ MÜDAFİƏÇİSİ TUTULUB

TEHRANDA DAHA BİR QADIN HÜQUQ MÜDAFİƏÇİSİ TUTULUB

Qadın hüquq müdafiəçisi, fotoqraf, Kaliforniyadakı ali məktəblərin birində incəsənət və kommunikasiya ixtisası üzrə təhsil alan Əşa Mömini həbs edilib. Ə.Möminini oktyabrın 15-də həbs olunsa da, onun ailəsi xəbəri yalnız indi yayıb.



Əşa Mömini




«Media forum» saytının məlumatına görə, ETTEAAT əməkdaşları iki ay əvvəl ailəsini görmək üçün İrana gəlmiş Ə.Möminini oktyabrın 15-də Tehranda avtomobil sürərkən sürət normasını pozmaqda günahlandıraraq saxlayıblar və onu Tehranın Evin zindanının 209-cu korpusuna aparıblar. Ə.Mömininin qaldığı mənzildə yoxlamaların aparıldığı, onun kompüter və əlyazmalarının müsadirə olunduğu da bildirilir.

Məlumatlara görə, Ə.Mömini tutulandan sonra ETTELAAT əməkdaşları onun ailəsinə bu haqda heç kimə xəbər verməməyi tapşırıblar. Məhz bu səsbəbdən onun həbs xəbərinin gec yayıldığı deyilir.

Ə.Mömininin həbsindən əvvəl ETTELAAT əməkdaşları oktyabrın 5-də Tehranda daha bir qadın hüqüq müdafiəçisini - Negin Şeyxülislamini də tutmuşdular.

N.Şeyxülislaminin də hazırda Tehranın Evin zindanının 209-cu korpusunda saxlandığı bildirilir.




«Media forum»

Hiç yorum yok: