Azərbaycan ABŞ-da güclü lobbi yaratmalıdır – azərbaycanlı iş adamı
ABŞ-da yaşayan azərbaycanlı iş adamı Paul Murad Azərbaycanın ABŞ-da güclü lobbi yaratmasını vacib hesab edir.
«Amerikadakı Azərbaycan diasporu çox yenidir və Amerika cəmiyyətində öz rolunu nümayiş etdirməyə başlayıb. Diasporun gücləndirilməsinə öz töhfəmi verməyə çalışıram», - deyə Murad Trend Xəbərlər Şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib.
Onun bildirdiyinə görə, Amerikada uzun illər yaşayan ermənilər biznes sektorunda çox fəaldırlar. «Kaliforniyada Qlendeyl şəhərinin əhalisinin əksər hissəsini ermənilər təşkil edir. Amerika siyasətçilərinin əksəriyyəti ermənilərlə hesablaşır», - deyə Murad bildirib.
Azərbaycanlı iş adamının sözlərinə görə, ABŞ və Azərbaycan arasında yüksək siyasi səviyyədə münasibətlər çox inkişaf edib.
«Amerikada qarşılıqlı münasibətlər üç səviyyədə formalaşır – yüksək siyasi, ictimai sektor və biznes səviyyəsində. Azərbaycanın ABŞ-dakı səfirliyi və Los-Ancelesdəki konsulluğu da bu səviyyədə çox fəaldırlar. Los-Ancelesdəki konsul Elin Süleymanovla yaşadığım Nevada ştatında Azərbaycanı tanıtmaq üçün əməkdaşlıq etməyə çalışıram», - deyə Murad bildirib.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder