azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

15 Eylül 2008 Pazartesi

Özbəkistan və Azərbaycan strateji tərəfdaşa çevriləcəklər

Özbəkistan və Azərbaycan strateji tərəfdaşa çevriləcəklər Bakıda səfərdə olan Özbəkistan Prezidenti İslam Kərimov dünən Azərbaycan dövlət başçısı İlham Əliyevlə birlikdə böyük özbək şairi Əlişir Nəvainin abidəsinin açılışında iştirak edib.
Mərasimdə çıxış edən İlham Əliyev Nəvai və Nizam Gəncəvi kimi dahi şəxsiyyətlərin ölkələrimizi bir-birilərinə daha da sıx yaxınlaşdırdığını söyləyib. O, iki dost ölkə arasında münasibətlərin intensiv şəkildə inkişaf etdirildiyini və bunun tərəflərin qarşılıqlı maraqlarına cavab verdiyini vurğulayıb. İslam Kərimov da, öz növbəsində, xalqlarımızın yaxınlaşmasında dahi şəxsiyyətlərin önəmli rol oynadığına diqqəti cəlb edərək, 4 il bundan əvvəl Daşkənddə Nizami Gəncəvinin, indi isə Bakıda Əlişir Nəvainin abidəsinin qoyulmasını təqdirlə qarşıladığını deyib. Xatırladaq ki, srağagün ölkəmizə səfərə gələn Özbəkistan Prezidenti İslam Kərimov İlham Əliyev tərəfindən qəbul edilib. Azərbaycanın dövlət başçısı iki ölkə arasında qədim tarixi olan qardaşlıq və dostluq münasibətlərinin uğurla inkişaf etdiyini bildirib: “Biz ümumi fikirdəyik ki, inteqrasiya prosesləri, kooperasiya, birgə layihələr ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək və əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Özbəkistan bizə qardaş, dost ölkədir, biz beynəlxalq təşkilatlarda sizin dəstəyinizi çox yüksək qiymətləndiririk. Biz də öz tərəfimizdən, əvvəllər olduğu kimi, gələcəkdə də həmişə sizin yanınızda olacağıq”.Öz növbəsində, Azərbaycanı qardaş ölkə adlandıran Özbəkistan Prezidenti iki ölkənin həm tarixi, həm də mədəni baxımdan yaxın olduğunu qeyd edib: “Dünyada bir-birinə məhz öz kökləri ilə bağlı olan iki dövlət, iki xalq tapmaq çətindir. Biz öz ana dilimizdə danışa bilərik və həmişə bir-birimizi başa düşəcəyik”. Sonra tərəflər arasında müxtəlif sahələri əhatə edən 7 sənəd imzalanıbAzərbaycan və Özbəkistan prezidentləri mətbuat üçün bəyanatlarla çıxış ediblər.Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidentinin səfərinin dinamik və səmərəli inkişaf edən münasibətlərimizdə çox mühüm mərhələ olduğunu bildirib: “Bizi birləşdirən ənənələrimiz, mədəniyyətimiz və dillərimizin ümumiliyidir”. Özbəkistan Prezidenti İslam Kərimov isə Özbəkistan-Azərbaycan münasibətlərinə xas olan ənənəvi səmimilik və qarşılıqlı etimad şəraitində keçmiş danışıqların yekunlarından tamamilə razı qaldığını bəyan edb. İ. Kərimov Özbəkistanın Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib: “Biz hesab edirik ki, bu münaqişənin həllinin əsas şərtlərindən biri, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi olmalıdır. Mənim fikrimcə, Dağlıq Qarabağ probleminin həllinin Azərbaycan tərəfindən təklif edilən modeli optimal və hər cəhətdən məqbuldur”. zaman

Hiç yorum yok: