azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

15 Eylül 2008 Pazartesi

AZƏRBAYCAN RUSİYA VƏ İRAN ARASINDA SIXIŞDIRILIB” Amerikalı ekspert Bülənt Əlirza: “Qafqazda bütün kartlar dəyişib

“AZƏRBAYCAN RUSİYA VƏ İRAN ARASINDA SIXIŞDIRILIB” Amerikalı ekspert Bülənt Əlirza: “Qafqazda bütün kartlar dəyişib”
“ABŞ vitse-prezidenti Dik Çeyninin regiona səfəri çərçivəsində ilk dayanacağının Azərbaycan olması belə bir mesaj verdi: Şərq-Qərb kəmərini qorumağın yolu Azərbaycandan başlayır” . Bu sözləri Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Bülənt Əlirza “ Amerikanın səsi” nə müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, regionda qəribə və mürəkkəb vəziyyət yaranıb. Ekspert deyir ki, Azərbaycan Rusiya və İran arasında sıxışıb qaldığından belə vəziyyətdə bu ölkələrlə yaxşı münasibətlər qurmağa çalışmalıdır:“Bu səbəbdən Azərbaycan hakimiyyət müddətinə bir neçə ay qalmış Buş və Çeyninin Rusiyaya qarşı yaratmağa çalışdığı strategiyaya daxil olmağa da bir o qədər maraqlı görünmür” .Rusiyanın Azərbaycana qarşı mövqeyindən də söhbət açan ekspert Kremlin Gürcüstandakı hərbi əməliyyatları ilə bütün regiona mesaj göndərdiyini deyib: “Qarabağ məsələsinə gəlincə, buradakı ən böyük təhlükə Cənubi Osetiya və Abxaziya kimi Qarabağın da tanınmasıdır. Rusiya belə bir addım atmayacaq, ancaq İrəvan üzərindəki böyük təsiri ilə ən azından Dağlıq Qarabağın onlar kimi beynəlxalq ictimaiyyətə qoşulmasının qarşısını ala bilər. Rusiya Azərbaycana qarşı Ermənistanı keçmişdə də istifadə edib. Moskvanın əlində hər zaman belə bir silahın olduğunu nəzərə alsaq, Azərbaycanın milli mənafeyini düşünənlər mütləq Rusiyanın edəcəyi yaxşılıqlardan çox potensial pisliklərini hesaba almalıdırlar”. Azərbaycanın çətin bir vəziyyətdə olduğunu vurğulayan ekspert burada Dağlıq Qarabağ məsələsi ilə yanaşı, düşünülməsi vacib olan hadisələrdən birinin də Azərbaycanı Qərbə bağlayan enerji xəttinin təhlükəyə girməsi olduğunu bildirib. Əlirza Ermənistanınÿ bu tarazlamada nə edəcəyinə diqqəti yönəldib: “Avropa və xüsusilə ABŞ diasporasındakı erməni lobbisi nə edəcək? Türkiyə prezidentinin İrəvana səfərindən sonra Rusiya Ermənistanın Türkiyəylə münasibətlərə başlayıb, bu yolla Qərbə bağlanmasına icazə verəcəkmi?” Bülənt Əlirza hesab edir ki, artıq Qafqazda bütün kartlar dəyişib və oyun yeni qaydalar üzrə gedir.Siyasət şöbəsi musavat

Hiç yorum yok: