azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Eylül 2008 Cuma

Enerji təhlükəsizliyi məsələsi ön plana çıxıb

Enerji təhlükəsizliyi məsələsi ön plana çıxıb
Aydın Ağayev: "ABŞ başda olmaqla Qərb ölkələri Azərbaycanın vacib ölkə olduğunu başa düşüb"Ötən gün xarici işlər naziri Elmar Məmmədyarovla Brüsseldə görüşən NATO-ya üzv ölkələrin səfirləri çıxışlarında Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəklədiklərini bildiriblər. Brüsselə səfəri çərçivəsində Elmar Məmmədyarov Avropa Komissiyasının Xarici Əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə Komissarı xanım Benita Ferrero-Valdnerlə də görüş keçirib. Görüşdə Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa Birliyi-Azərbaycan arasında imzalanmış Fəaliyyət Planının həyata keçirilməsi, Avropa Birliyi və Azərbaycan cari münasibətləri, regional proseslər, Ermənistan-Azərbaycan münaqişəsi, enerji təhlükəsizliyi və digər bu kimi məsələlər müzakirəyə çıxarılıb.
Ramiz Mikayıloğlu
Elmar MəmmədyarovErmənistan-Azərbaycan münaqişəsi haqqında danışaraq onun yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkün olduğunu söyləyib. Xanım Ferrero-Valdner isə Avropa Birliyinin Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəklədiyini deyib.Qeyd edək ki, az əvvəl Bakıda səfərdə olan ABŞ-ın vitse-prezidenti Riçard Çeyni, daha sonra ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza və səfir Ann Dersi də Vaşinqtonun münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiklərini bəyanlayıblar. Bütün bunlar isə diqqət çəkməyə bilməz. Çünki son vaxtlara kimi Qərbdə Dağlıq Qarabağ münaqişəsinin mütləq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini gərəkliyilə bağlı bəyanatlar səslənməyib. Sadəcə, "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik" ümumi sözlər dilə gətirilib. Bəs Qərbin Azərbaycanın maraqlarına uyğun, ədalətli görünən mövqe dəyişikliyi nədən qaynaqlanır? Milli Məclisin Analitik İnformasiya şöbəsinin müdiri Aydın Ağayev deyir ki, Azərbaycan uzun illər Qərbdən və digər güc mərkəzlərindən Qarabağ probleminə ədalətli yanaşma tələb edib. Amma həmin dövlətlərin təmsilçilərinin hər dəfə müxtəlif yerlərdə, müxtəlif məzmunlu bəyanatları eşidilib. Bakı da həmin güc mərkəzlərini, o cümlədən, Qərbi ikili standartlarda günahlandırıb. Yəni Azərbaycan ikili standartlardan kifayət qədər əziyyət çəkib: "Görünür elə bir məqam gəlməliydi ki, Qərbi, ABŞ-ı belə danışmağa onların öz mənafeyi məcbur edəydi. Yəni bu aspekdə özlərinin maraqlarını düşünməyə başlayaydılar və az-çox ədalətə, həqiqətə oxşar mövqe ortaya qoyaydılar. Belə davranışın səbəbləri də aydındır. Yeni situasiyada ABŞ başda olmaqla Qərb ölkələri Azərbaycanın onlar üçün nə dərəcədə vacib olduğunu başa düşüb". Aydın Ağayev bildirdi ki, öncədən də Qərbə Qarabağ münaqişəsində ədalətin kimin tərəfində olduğu da bəlliydi. Bilirdilər ki, Azərbaycan haqsızlığa məruz qalıb, torpaqları işğal olunub: "Amma bunu etiraf edərək dilə gətirmək sahəsində problem vardı. İndi guya biz həmin problemin aradan qalxmasının başlanğıcını görürük. Allah etsin ki, Qərbin bu mövqeyi möhkəmlənsin və konkret əməli fəaliyyətlə müşahidə olunsun. Ancaq yenə mənim şübhələrim var. Çünki münaqişənin həllinin yaxınlaşdırılması üçün Ermənistana təzyiqlərin göstərilməsinin gərəkliyindən söhbət gedəndə yenə də deyirlər ki, təzyiq etmək imkanları yoxdur. Metyu Brayza da Ermənistana ABŞ-ın təzyiq etmək imkanlarının olmadığını söyləyib. Necə təzyiq etmək imkanı yoxdur? Kifayət qədər imkanlar var, sadəcə, bunun üçün siyasi iradə lazımdır. Ona görə də Qərbin ikili standartlardan uzaqlaşması kimi fikirlərin səsləndirilməsinə mən bir az ehtiyatla yanaşıram".Qərbin Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ikili standartlardan uzaqlaşması meylinin konkret səbəblərinə gəlincə, Aydın Ağayev dedi ki, artıq enerji təhlükəsizliyi və Azərbaycanın geostrateji mövqeyi ön plana çıxıb. Gürcüstan hadisələri göstərib ki, Qərbin 1997-ci ildən Azərbaycandan apardığı enerji resurslarının nəqli siyasəti nə qədər kövrəkdir. Son olaylara qədər ABŞ və Avropa dövlətləri bu barədə düşünmürdülər. Amma Gürcüstan hadisələri fərqli reallığı ortaya qoyub: "Enerji marşrutlarının müxtəlifliyi məsələsində əvvəllər ABŞ fəallıq göstərirdi, Avropa dövlətləri passiv idi. İndi Avropa təşvişə düşüb. Ona görə gündə bir yerdə yığışırlar nə cür etsinlər ki, "Nabucco" kimi yeni layihələri də işə salsınlar. Bu təşvişi əvvəldən göstərmək lazım idi. Yeni imkanlardan Avropa yararlandı. Ancaq hadisələr göstərdi ki, yaranmış və gələcəkdə yaranacaq təhlükələrə Qərb hazır deyil. Yəni oturub fikirləşməlidirlər. Digər tərəfən, şəksiz ki, öz enerji resursları və geostrateji mövqeyinə görə xüsusilə əhəmiyyətlidirsə, Azərbaycanın da səsini eşitməlidirlər". Analitik İnformasiya şöbəsinin müdiri bir müddət əvvəl Bakıda keçirilən və Avropa Parlamentinin təmsilçilərinin də qatıldığı konfransı xatırlatdı. Həmin konfransda ilk dəfə Azərbaycanın haqlı mövqeyi tam müdafiə olunub: "İnanmaq istərdim ki, Avropaya qayıdanda da eyni mövqeni təbliğ etsinlər". Analitik İnformasiya şöbəsinin müdiri dedi ki, Rusiya amili nəzərə alınarsa, yəni Moskva da analoji bəyanat və mövqe sərgiləyərsə, ümumilikdə prosesdə konstruktiv işartılar görünə bilər. Çünki hazırda Moskva dünyada bütün istiqamətlərdə öz fəallığını artırır. Bunun nə qədər belə davam edəcəyini söyləmək çətindir. Amma kiçik Cənubi Qafqaz regionu üçün Rusiya çox ağır bir amildir. Xüsusən, Moskva əlinə düşmüş fürsətdən maksimum yararlanmaq istəyir: "Ona görə də Azərbaycan məsələsində Qərb Rusiya amilini nəzərə almalıdır". xalqcebhesi

Hiç yorum yok: