azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Eylül 2008 Cuma

Türkiyənin baş naziri tərəfdarlarını mətbuatı boykot etməyə çağırıb

Türkiyənin baş naziri tərəfdarlarını mətbuatı boykot etməyə çağırıb
Ankara – APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan “Doğan” media qrupuna qarşı tənqidlərini və ittihamlarını davam etdirir. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan medianın etibarını və inandırıcılığını itirdiyini bildirərək rəhbərlik etdiyi partiyanın üzvlərini bu qəzetləri almamağa çağırıb: “Media inandırıcılığını itirib və özünü bitirib. Ona görə də mən sizi yalan, yanlış xəbərlər yayımlayan mediaya qarşı kampaniyaya başlamağa, həmin qəzetləri almamağa səsləyirəm. Bu, bizim ən təbii haqqımızdır. Hansı dili başa düşürlərsə, o dildə danışacağıq. Bu ölkəyə xidmət edərkən bir də onlarlamı məşğul olmalıyıq? İşimiz-gücümüz var”. ----------------------------------------------------------------------Türkiyə prezidenti ABŞ-a səfər edəcək
Türkiyə prezidenti Abdullah Gül BMT Baş Assambleyasının iclaslarında iştirak etmək üçün şənbə günü Nyu-Yorka yola düşəcək. Bu haqda Türkiyənin «Dünyabulteni» agentliyi məlumat verib.
2009-2010-cu illərdə BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvlüyünə namizəd olan Türkiyənin XİN rəhbəri Əli Babacan BMT-nin 63-cü sessiyasında iştirak etmək üçün artıq Nyu-Yorkdadır. Gül və Babacanın BMT Baş Assambleyası çərçivəsində sentyabrın 22-də və 26-da ikitərəfli və çoxtərəfli görüşləri nəzərdə tutulub.

Hiç yorum yok: