azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Eylül 2008 Cuma

Minsk qrupu səhnədən silinir

Minsk qrupu səhnədən silinir "ABŞ-la Rusiyanın Minsk qrupunda bir araya gələcəyi inandırıcı deyil"Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra ATƏT-in Minsk qrupunun taleyi sual altına düşdüyü bir daha təsdiqlənib. Söhbət tək Minsk qrupunun amerikalı və fransalı həmsədrlərinin regiona ayrılıqda gəlməsindən, rusiyalı həmsədr Yuri Merzlyakodan isə xəbər olmamandan getmir. Düzdür, Minsk qrupunun fransalı həmsədri Bernar Fasie İrəvanda nikbin görünməyə çalışıb, regiona ayrı-ayrılıqda səfər etmələrini fərqli iş qrafiklərində çalışmalarıyla əlaqələndirib: "Təəssüf ki, gərgin iş qrafiki ilə əlaqədar biz regiona birgə səfər edə bilmədik. Amma bu, o demək deyil ki, həmsədrlər arasında sıx əməkdaşlıq hansısa dəyişikliklərə uğrayıb. Biz regiona səfərlərimizi öz aramızda razılaşdırmışıq.
Ramiz Mikayıloğlu
Nyu-Yorkda isə birgə görüş keçirməyi nəzərdə tuturuq". İrəvanda çox konstruktiv görüşlər keçirdiyini dilə gətirən Bernar Fasie bildirib ki, Ermənistan rəhbərliyi ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsinin əleyhinədir. Ancaq Bernar Fasiedən fərqli olaraq, amerikalı həmsədr Metyu Brayza birmənalı və şərtlə danışıb. Bakıda keçirdiyi mətbuat konfransında o vurğulayıb ki, Gürcüstanda baş verən hadisələrdən sonra ATƏT-in Minsk qrupunun fəaliyyətinin əvvəlki qaydada davam etməsi mümkün deyil və Rusiya Dmitri Medvedyev-Nikolas Sarkozi razılaşmaları çərçivəsində öz öhdəliklərini yerinə yetirməlidir: "Əgər Rusiya Mixail Saakaşvili və Fransa prezidenti Nikola Sarkozi qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, ümidvaram ki, biz Minsk qrupu çərçivəsində fəaliyyəti davam etdirə bilərik. Minsk qrupu əvvəllər necə fəaliyyət göstərirdisə, bu cür davam edə bilməz. Amma mən düşünürəm ki, biz Minsk qrupunun fəaliyyətinin bərpasına qayıtmaq yolundayıq. Rusiya da görür ki, onun atdığı addımlar beynəlxalq imicinə ziyan vurub". Onu da xatırladaq ki, Gürcüstan olaylarından sonra öncə ABŞ-ın vitse-prezidenti Riçard Çeyni, daha sonra Metyu Brayza, səfir Ann Dersi Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini söyləyib. Ona qədər belə açıq və birmənalı fikirlər dilə gətirilmirdi. Minsk qrupunun taleyilə bağlı fikirlərini öyrəndiyimiz "İnkişafa Baxış" Araşdırmalar Mərkəzinin rəhbəri Niyaz Qaraöynəli deyir ki, Minsk qrupu əvvəllər də effektiv fəaliyyət göstərməyib, bundan sonra effektiv fəaliyyət göstərəcəyinə inam isə daha da azalıb. Çünki həmsədr ölkələr arasında həmrəylik yoxdur, Cənubi Qafqazdakı qanlı hadisələrdən sonra onların ortaq məxrəcə gələcəyi inandırıcı görünmür. Onun sözlərinə görə, Fransa-Rusiya münasibətlərinin xarakteri ABŞ-Rusiya münasibətlərindən fərqlənir. Vaşinqton-Moskva münasibətləri daha kəskin xarakter alıb. Ona görə də ABŞ-la Rusiyanın Minsk qrupunda bir araya gələcəyi inandırıcı görünmür. Ancaq bununla belə, Vaşinqtonla Rusiyanın Minsk qrupunda bir araya gəlmələri ehtimalını tam istisna da saymaq olmaz. Çünki hər ikisinin Dağlıq Qarabağ məsələsində ortaq nöqtələri daha çoxdur: "Gürcüstan hadisələrindən sonra Qərbdəki analitik mərkəzlər, ekspertlər vurğulayırlar ki, bu cür münaqişəli bölgələrin "dondurulmuş" şəkildə qalması qorxulu, təhlükəli tendensiyaların başlanğıcı ola bilər. Ona görə də hazırda Minsk qrupunun ümumilikdə münaqişənin tənzimlənməsi prosesində təşəbbüsü gözə dəyməsə də, ayrı-ayrılıqda Bernar Fasie və Metyu Brayza Ermənistana, Azərbaycana gəlir, o cümlədən Dağlıq Qarabağdakı separatçı qurumun nümayəndələriylə görüşür. Türkiyə də fəallıq göstərir. Çalışırlar ki, bu sahədə müəyyən işlər görülsün, irəliləyişlər olsun". Niyaz Qaraöynəli onu da bildirdi ki, rəsmi Bakı Minsk qrupunun həmsədrlərinin fəaliyyətindən narazı qalsa belə, yeni format olmadığı üçün həmin qrup çərçivəsində müzakirələrə hazırdır. Rusiyaya gəlincə, "İnkişafa Baxış" Araşdırmalar Mərkəzinin rəhbəri dedi ki, Moskva xarici işlər naziri, prezident, o cümlədən hökumətə yaxın politoloqların dilindən vurğulamağa çalışır ki, Dağlıq Qarabağ münaqişəsi üçün Cənubi Osetiya və Abxaziya presedent ola bilməz. Amma Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimlərin tanınmasının özü də Azərbaycan üçün bir təzyiq vasitəsidir: "Qərbin vahid mövqeyinin olmaması Rusiyanın Gürcüstana təcavüzü zamanı özünü göstərdi. Ola bilsin ki, Qarabağ münaqişəsinə münasibətdə də Qərbin vahid mövqeyi yoxdur. Münaqişənin tənzimlənməsi prosesində hər kəs öz tərəfindən təşəbbüskar kimi çıxış etməyə çalışır. Daha çox isə erməniləri şirnikləndirməklə onları Rusiyanın təsirindən çıxarmaq siyasəti yürüdülür. İrəvanın bu mərhələdə qazanacaqlarına gəlincə, ola bilər ki, Ermənistan alternativ enerji koridorlarında iştirak etsin. Yəqin ki, ABŞ, Fransa və Türkiyə diplomatları bunu ermənilərə söyləyir. Rusiyanın məhz Minsk qrupu formatında aktivliyinin olmaması Moskvanın da bu qrupa maraq göstərmədiyinə işarə edir. Yəni Minsk qrupunun yaxın dövr üçün prespektivi görünmür. Məntiq də, hadisələrin gedişi də bunu ortaya qoyur. Yəqin ki, Minsk qrupunun bərpası da mümkün olmayacaq". Onun sözlərinə görə, Azərbaycan bu mərhələdə fəallıq göstərməklə Dağlıq Qaabağ münaqişəsində ikili standartların aradan qaldırılmasına nail ola bilər. Vitse-prezident Dik Çeyninin, Minsk qrupunun amerikalı həmsədrinin açıqlamaları göstərir ki, hazırda ABŞ-da belə qərara gəliblər ki, ərazi bütövlüyünü birmənalı dəstəkləmək lazımdır: "Amma Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağdakı separatçı rejimlə təmas, ümumiyyətlə, münaqişənin həlli hansı şəkildə olacaq, hələ aydın deyil. Yenə bizdə inam yoxdur ki, Vaşinqton ərazi bütövlüyümüzün bərpasını Azərbaycanın Dağlıq Qarabağ üzərində süverenliyinin tam bərpası şəklində görür. Məsələn, Minsk qrupunun bir neçə il əvvəl təklif etdiyi həll variantlarından biri o idi ki, müştərək dövlət yaradılsın. O halda Azərbaycan Dağlıq Qarabağa heç bir müdaxilə edə bilmirdi. Azərbaycan büdcəsindən Dağlıq Qarabağa pul ayrılmalı, amma Bakı həmin pulun xərclənməsinə nəzarət etməməli, ərazidə hər hansı polis qüvvəmiz olmamalı idi. Qarabağın statusu da beynəlxlq qüvvələr tərəfindən qorunmalıydı. Yəni formal şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımaqla faktiki Dağlıq Qarabağ ermənilərinin müstəqilliyinin təminini nəzərdə tuturdular. Ola bilsin ki, ABŞ-ın yeni yanaşmasının da mahiyyətində bu durur. Yəqin ki, rəsmi Bakı belə variantla yenə razılaşmayacaq". xalqcebhesi

Hiç yorum yok: