azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

16 Eylül 2008 Salı

Türkiyənin Ermənistana təkilf etdiyi "birgə tarixi komissiya" reallaşır?!<

Türkiyənin Ermənistana təkilf etdiyi "birgə tarixi komissiya" reallaşır?!Türkiyə rəsmilərinin fikrincə, A.Gülün İrəvan səfərindən sonra Ermənistanın birgə tarixi komissiyanın təşkil olunması təklifinə müsbət yanaşmağa başlayıb
1915-ci il hadisələrinin araşdırılması üçün Türkiyənin “ortaq tarixi komissiya” təklifinə artıq İrəvanda da müsbət yanaşmağa başlayıblar. Tarixi faktları araşdırmaqla yanaşı, iqtisadi, mədəni və diplomatik əlaqələrin inkişaf etdirilməsi üçün müxatəlif komissiyaların yaradılması da gündəmdədir. Bu addımların iki ölkə arasındakı münasibətləri sürətlə inkişaf etdirəcəyi, Beynəlxalq aləmdə Türkiyəni rahatlaşdıracağı və erməni diasporunu çətin vəziyyətə salacağı bildirilir. Diplomatik mənbələr, rəsmi Ankaranın qolşulduğu Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin isə Azərbaycanda 15 oktyabrda keçiriləcək prezident seçkilərindən sonra daha da sürətlənəcəyini bildirirlər.
Abdullah Gülün İrəvana səfərindən sonra Türkiyə-Ermənistan münasibətlərində yeni səhifələrin açıldığı qeyd olunur. Türkiyə rəsmilərinin fikrincə, A.Gülün İrəvan səfərindən sonra Ermənistanın ortaq tarixi komissiyanın təşkil olunması təklifinə müsbət yanaşmağa başlayıb. Komissiya yaradılması həmçinin iqtisadi, mədəni və diplomatik münasibətlərin inkişaf etdirilməsinə və erməni diasporunun rəsmi İrəvana təsirinin zəifləməsinə səbəb olacaq. Ortaq tarixi komissiyanın yaradılması, rəsmi İrəvanın 1915-ci il hadisələri ilə bağlı olaraq irəli sürdüyü “qondarma soyqırım” iddialarından vaz keçməsi kimi başa düşünülməlidir. Həmçinin Türkiyə “qondarma soyqırım” iddialarını parlamentlərində müzakirə edən ölkələr qarşısında da rahatlamış olacaq. Komissiyanın yaradılmasından sonra bu tipli ölkələrə, "Biz öz problemimizi danışıb həll edirik" demək imkanı da olacaq. Bu arada A.Gülün İrəvana səfəri əsnasında Dağlıq Qarabağ mövzusunu ilk olaraq erməni tərəfinin açması da rəsmi Ankara tərəfindən yüksək qiymətləndirilir. Rəsmi Ankara hadisələrin bu cür inkişafından çox məmnundur. Türkiyə rəsmilərinin fikrinə görə hər iki tərəf erməni işğalı altındakı Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll olmasını istəyir. Gürcüstanda baş verən hadisələr tərəflərə Qarabağ probleminin tez bir zamanda həll olunmasının əhəmiyyətini göstərdi. Rəsmi Bakı və İrəvan, diplomatik yollarla həll edilməsi mümkün olmayan dondurulmuş münaqişənin, Cənubi Osetiyada olduğu kimi bir gün daha böyük bir münaqişəyə çevrilə biləcəyini anlayıblar. /Zaman/

Hiç yorum yok: